Logo
    main-post-cover

    NVIDIA-ya Çinə yüksək performanslı çiplərini satmağa icazə verildi

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, ABŞ administrasiyası NVIDIA-nın yüksək səviyyəli H200 AI çiplərini “təsdiqlənmiş Çin müştərilərinə” satmasına icazə verib. Donald Trump qərarı Prezident Si Tsinpinə şəxsən bildirdiyini və Pekinin buna müsbət reaksiya verdiyini deyib. Satışlara ABŞ tərəfindən 25 faiz gömrük rüsumu tətbiq olunacaq.
    Trump approves sale of more advanced Nvidia computer chips used in AI to  China | PBS News
        Bu addım NVIDIA-nın əvvəl yalnız məhdudlaşdırılmış H20 modelini Çinə sata bilməsi fonunda atılıb. H20 isə Çin şirkətləri tərəfindən rəqabətə dözümsüz hesab edilərək qəbul olunmamışdı. İndi H200 modelinin məhdud şəkildə satılmasına icazə verilməsi, ABŞ-nin həm texnoloji hegemonluğunu qorumaq, həm də NVIDIA-nın bazarı tamamilə Huawei-yə uduzmamasını təmin etmək cəhdi kimi qiymətləndirilir.
        ABŞ Ticarət Nazirliyi bunun “milli təhlükəsizliyə uyğun balanslaşdırılmış yanaşma” olduğunu qeyd etsə də, qərar ciddi mübahisələr yaradıb.
    Paylaş