Logo
    main-post-cover

    Robinhood-un yeni vençur fondunda 150 mindən çox investor iştirak edib

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Robinhood yeni investisiya modelini genişləndirir. Şirkətin CEO-su Vlad Tenev bildirib ki, Robinhood-un istifadəyə verdiyi “Ventures Fund I” adlı fondun IPO mərhələsində artıq 150 mindən çox fərdi investor iştirak edib.
        Fond istifadəçilərə Stripe, OpenAI, Databricks, Oura və digər böyük özəl texnologiya şirkətlərinə dolayı şəkildə investisiya etməyə imkan yaradır. Fond Nyu-York Fond Birjasında (NYSE) listinq olunub və gündəlik likvidlik təqdim edir. Bu isə o deməkdir ki, investorlar ənənəvi vençur fondlarından fərqli olaraq pullarını uzun illər bağlamaq məcburiyyətində qalmırlar.
        Tenev bildirib ki, texnologiya bazarında artıq “unicorn” anlayışı köhnəlməyə başlayıb. Onun sözlərinə görə, OpenAI və Anthropic kimi süni intellekt şirkətləri yüz milyardlarla dollar dəyərində investisiya cəlb etdiyi üçün Robinhood bu şirkətləri “frontier companies”, yəni “sərhəd texnologiya şirkətləri” adlandırır.
        CEO hesab edir ki, gələcəkdə bəzi özəl texnologiya şirkətləri IPO etməzdən əvvəl trilyon dollarlıq bazar dəyərinə çata bilər. Bu isə adi investorların həmin şirkətlərin böyüməsindən faydalanmasını çətinləşdirir. Robinhood isə yeni fond vasitəsilə bu baryeri azaltmağa çalışır. Fondun portfelində OpenAI ilə yanaşı Mercor, Ramp, Airwallex və Boom kimi sürətlə böyüyən şirkətlər də yer alır. Robinhood bu modeli “hamı üçün vençur kapitalı” yanaşması kimi təqdim edir.
     
    Paylaş