
Süni zəka rəsm əsərini 4 saata bərpa edib (VİDEO)
Süni İntellekt
18.06.2025
Emil
Massaçusets Texnologiya İnstitutunun tədqiqatçısı Alex Kachkine rəsm əsərlərinin aylarla davam edən bərpasını cəmi bir neçə saata reallaşdırmağa imkan verən rəqəmsal bərpa üsulu hazırlayıb. Əvvəlcə əsər yüksək piksel göstəricidən skan olunur, sonra machine learning texnologiyalarından istifadə edərək itirilmiş detallar bərpa edilir. Əldə edilən görüntü əsasında 57 000-dən çox rəngi əhatə edən nazik polimer maska çap olunur və əsərin zədələnmiş hissələrinə fiziki təmas olmadan yerləşdirilir. Bu yanaşma xüsusilə muzey kolleksiyaları üçün aktuallıq kəsb edir. Dünyada minlərlə rəsmlər yüksək xərclər və ənənəvi bərpa metodlarının mürəkkəbliyi səbəbindən anbarlarda qalır. Söhbət, 15-ci əsrin sonlarına aid adı bilinməyən Niderland rəssamı tərəfindən taxta üzərində yağlı boya ilə işlənmiş bir əsərdən gedir. Əsər "Adoration of the Magi" səhnəsini təsvir edir və vaxtilə 4 hissəyə bölünüb, hər hissə ciddi şəkildə zədələnib.
Ümumilikdə 5 612 hissənin bərpası tələb olunurdu. Adətən belə bir bərpa prosesi aylar çəkir, lakin Kachkine bu işi 4 saatdan az müddətdə tamamlayıb. Alim işə əsəri çox yüksək piksel göstəricidə skan etməklə başlayıb. Daha sonra rəqəmsal tamamlama alətləri, Photoshop imkanları və naxışların köçürülməsi üçün machine learning texnologiyalarından istifadə edərək əsərin ehtimal olunan ilkin görünüşünü bərpa edib. Məsələn, tamamilə yox olmuş körpə İsa üzünü, həmin rəssamın Vaşinqtondakı Milli İncəsənət Qalereyasında saxlanılan bənzər bir əsərindən əlavə edilib. Bərpa olunmuş rəqəmsal görüntü nazik və şəffaf polimer “maska”nın yaradılması üçün əsas rolunu oynayıb. Kachkine rəngli və ağ piqment qatlarını çevik vərəqlərə mikroskopik dəqiqliklə (pikselə görə 42 mikrona qədər) tətbiq etmək üçün axın və lazer çap texnologiyalarından istifadə edib.

Daha sonra bu vərəqlər lakla örtülüb və əsərin səthi ilə dəqiqliklə, əl ilə uyğunlaşdırılıb. Nəticədə, zədələnmiş hissələri vizual olaraq canlandıran, lakin orijinal boyaya toxunmayan bir örtük əldə edilib. Maskanın yaradılması üçün Kachkine-ə 57 314 fərqli rəng lazım olub. Bu rənglər 66 205 kvadrat millimetr sahəni - yəni Legal formatlı adi bir kağız vərəqinin ölçüsünü - əhatə edir. Rənglərin bir hissəsi eyni rəsmin qonşu hissələrindən birbaşa götürülüb. Digərləri isə ya teksturaya əsasən rəqəmsal şəkildə tamamlanıb, ya da körpə üzündə olduğu kimi oxşar əsərlərdən götürülüb. Maskanın tətbiqi prosesi cəmi 3.5 saat çəkib. Halbuki bu iş fırçalarla aparılsaydı, təxminən 200 saat tələb olunardı. Bu dəyişiklik tamamilə geri qaytarılandır: Örtük xüsusi restavrasiya lakı vasitəsilə tutulur və sadəcə soyulmaqla və ya həlledici ilə çıxarılmaqla əsərə heç bir zərər vermədən silinə bilər.

Bu metod ənənəvi bərpanı əvəz etmir, çünki boya qatını nə təmizləyir, nə də sabitləşdirir. Lakin o, zədələnmiş əsərlərin vizual bərpası üçün tələb olunan vaxtı və xərcləri köklü şəkildə azaldır. Bu isə olduqca vacibdir, çünki böyük muzey kolleksiyalarındakı rəsmlərin 70%-dən çoxu anbar şəraitində saxlanılır. Onların bir çoxu ya çox zədələnib, ya da bahalı ənənəvi bərpaya dəyər görülmür. Bu baxımdan yeni yanaşmanın, böyük ehtimalla, dəyəri nisbətən az olan, lakin bu səbəbdən ictimaiyyətə təqdim olunmayan rəsmlər üçün daha faydalı olacağı gözlənilir. Mütəxəssislər bu texnologiyaya skeptik yanaşırlar. Əsas narahatlıqlar bərpa ilə məşğul olan şəxslərin insan təcrübəsinin və iştirakının aradan qaldırılması, kurator nəzarətinin olmaması və texnologiyadan, məsələn, saxtakarlıqların yaradılması kimi sui-istifadə riskləri ilə bağlıdır. Kachkine-nin özü isə bildirir ki, onun metodu yalnız ənənəvi konservasiyanı tamamlayır və məqsədi incəsənəti daha əlçatan etməkdir.

Paylaş
Ən çox oxunanlar

HUAWEI WATCH 5-ZAMANI AŞAN DİZAYN VƏ PREMİUM KEYFİYYƏT ESTETİK GÖRÜNÜŞ VƏ DÖZÜMLÜ KORPUS
