X platforması müharibə mövzulu süni intellekt videoları üçün yeni qayda tətbiq edir
Süni İntellekt
04.03.2026
Ilhama
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, X platforması ödənişli kontent istehsalçıları üçün yeni qayda elan edib. Artıq silahlı münaqişələri əks etdirən süni intellektlə yaradılmış videolar paylaşılarkən onların AI vasitəsilə hazırlandığı açıq şəkildə qeyd olunmalıdır. Əks halda, yaradıcılar platformanın gəlir paylaşımı proqramından müvəqqəti və ya tam şəkildə uzaqlaşdırıla bilər.
Şirkətin məhsul rəhbəri Nikita Bier martın 3-də açıqladığı siyasət dəyişikliyinə görə, qaydanı ilk dəfə pozan yaradıcılar 90 gün müddətinə gəlir əldə etmək imkanını itirəcək. Qaydanı təkrar pozanlar isə proqramdan birdəfəlik çıxarılacaq.
Yeni siyasətin məqsədi platformada yayılan məzmunun autentikliyini qorumaq və gəlir paylaşımı sistemindən manipulyasiya məqsədilə istifadə olunmasının qarşısını almaqdır. X rəhbərliyi xüsusilə müharibə və gərgin geosiyasi dövrlərdə insanların real və etibarlı məlumatlara çıxışının vacib olduğunu vurğulayır.
Qayda yalnız gəlir paylaşımı proqramına qoşulmuş istifadəçilərə və yalnız silahlı münaqişələri təsvir edən AI videolarına şamil olunur. Yəni ümumi AI məzmununa və ya monetizasiya olunmayan hesablara aid deyil. Pozuntular əsasən Community Notes sistemi vasitəsilə və ya generativ AI alətlərinə aid metadata aşkarlanaraq müəyyən ediləcək.
Paylaş