Logo
    main-post-cover

    YouTube saxta AI film treyleri yayan iki böyük kanalı bağladı

        Technote.az “Ars Technica” platformasına istinadən bildirir ki, YouTube süni intellekt vasitəsilə hazırlanmış saxta film treylerləri yayımlayan iki məşhur kanalı olan Screen CultureKH Studionu platformadan silib. Ümumi auditoriyası 2 milyondan çox olan bu kanallar real olmayan layihələr üçün olduqca inandırıcı treylerlər hazırlayaraq istifadəçiləri çaşdırırdı.
        Kanallarda “GTA: San Andreas (2025) Teaser Trailer” və ya “Malcolm in the Middle Reboot (2025) First Trailer” kimi başlıqlarla paylaşılan videolar geniş yayılırdı. Halbuki bu layihələrin heç biri rəsmi olaraq mövcud deyildi. Buna baxmayaraq, videolar istifadəçilərin tövsiyə lentində və axtarış nəticələrində görünürdü. Google bu kanalları hələ 2025-ci ilin əvvəlində monetizasiyadan çıxarmış və onlardan videolarda “parodiya” və ya “konsept treyler” olduğunu açıq şəkildə qeyd etməyi tələb etmişdi. Lakin son aylarda yayımlanan ən baxımlı videolarda bu açıqlamalar ya ümumiyyətlə yer almırdı, ya da qeyri-müntəzəm istifadə olunurdu.
        Hazırda hər iki kanalın YouTube səhifəsinə daxil olduqda “Bu səhifə mövcud deyil” bildirişi görünür. Maraqlıdır ki, Google bir tərəfdən generativ süni intellekt alətlərinin YouTube-da istifadəsini təşviq edir və yeni AI funksiyalarının gələcəyini açıqlayır, digər tərəfdən isə bu texnologiyanın yanlış istifadəsinə qarşı sərt addımlar atır. Bu balansı qorumaq şirkət üçün getdikcə daha çətinləşir.
     
    Paylaş