İKTA may ayında internet keyfiyyətinə dair yeni regional hesabatını təqdim edib
Tech-Azərbaycan
17.06.2026
Farid
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet xidmətlərinin keyfiyyət göstəricilərinə dair may ayı üzrə genişləndirilmiş təhlili təqdim edib. Hesabat sabit genişzolaqlı internet xidmətlərini regionlar üzrə strukturlaşdırılmış formada əhatə edir.
Technote.az xəbər verir ki, yeni yanaşmanın məqsədi regionlar üzrə internet keyfiyyətini daha şəffaf qiymətləndirmək və istifadəçi təcrübəsini coğrafiyalar üzrə müqayisə etməkdir. Eyni zamanda, bazarda rəqabətin və xidmət keyfiyyətinin artırılması hədəflənir.
Təqdim olunan göstəricilər istifadəçilərin könüllü ölçmələri əsasında formalaşıb. Nəticələr istifadəçi davranışı, cihaz xüsusiyyətləri və şəbəkə şəraiti kimi amillərdən asılı olaraq dəyişə bilər.
İKTA bildirir ki, bu məlumatlar ümumi tendensiyaların qiymətləndirilməsi üçün istifadə olunur. Hesabat analitik yanaşma əsasında internet xidmətlərinin monitorinqini gücləndirir.
Yeni hesabatla agentlik elektron kommunikasiya və poçt xidmətləri üzrə məlumat əsaslı monitorinq alətlərinin əhatəsini genişləndirib. Bu, xidmət keyfiyyətinin izlənməsində daha sistemli yanaşma yaratmağı hədəfləyir.
Paylaş