Logo
    main-post-cover

    Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi

     Ölkənin birinci bankı Kapital Bank tərəfindən fond bazarına təqdim edilən ümumi həcmi 50 milyon manat olan istiqrazların yerləşdirilməsi 5 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında başa çatıb.  
        Kapital Bank istiqrazlarına həm fiziki, həm də hüquqi şəxslər tərəfindən yüksək maraqgöstərilib. Belə ki, abunə yazılışındatoplanan sifarişlərin həcmiburaxılış həcmindən 3 dəfəyə yaxınçox olub. 
        Abunə yazılışına ümumilikdə 330-dan çox investor tərəfindən 146 milyon manatdan çox  sifariş verilib. Ümumilikdə, istiqrazların alınması üçün 314 fiziki şəxs tərəfindən 57 milyon manatdan çox sifariş verilib ki, onların da 246 nəfəri Birbank Invest tətbiqi vasitəsilə tam rəqəmsal şəkildə abunə yazılışında iştirak edib. 
        Kapital Bank istiqrazlarına abunəyazılışıhəmBirbankInvesttətbiqi, həm də Kapital Bank/Birbankfilialları vasitəsilə həyata keçirilib. Birbank Invest platforması investorlara yerli və xarici maliyyə bazarlarında investisiya əməliyyatlarını tamrəqəmsalşəkildə həyata keçirmək imkanı təqdim edir.
        Qeyd edək ki, Kapital Bank istiqrazlarının müddəti 1 il, illik gəlirliliyi isə 10% təşkil edir. Faiz gəlirləri investorlara aylıq ödənilir. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. 
        Kapital Bank istiqrazları vətəndaşlar üçün etibarlı və güvənilir investisiya olmaqla yanaşı, yerli kapital bazarının inkişafına da mühüm töhfədir. Uğurlu yerləşdirmənin davamı olaraq Kapital Bank Azərbaycan kapital bazarında aktiv şəkildə iştirak etməyi və investorlara yeni investisiya məhsulları təklif etməyi hədəfləyir. 
        Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul kreditiBirbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz. 
     
    Paylaş