Logo
    main-post-cover

    Apple brendinin dəyəri 1 trilyon dolları keçib

    Tech-Biznes
    13.06.2024
    Emil
       Bazar dəyəri fəaliyyətdə olan hər hansısa şirkətin uğurunun qiymətləndirilməsi üçün istifadə edilən yeganə üsul deyil. Belə ki, dünyanın ən bahalı brendləri kimi reytinq mövcuddur. Apple isə ardıcıl 3 ildir ki, bu reytinqin birinci pilləsində yer alır. Lakin bu ilki reytinqdə Apple daha bir özəlliyi ilə liderliyi yenidən yaşayıb. Belə ki, məlum olub ki, Apple brendinin dəyəri 1 trilyon dolları keçib. Bu reytinqdə ikinci pilləni Alphabet holdinqi öz Google brendi ilə tutub. Belə ki, Google brendinin dəyəri 753 milyard dollar təşkil edir. Microsoft isə brend kimi 713 milyard dollarlıq dəyərə sahib olduğu üçün reytinqin üçüncü pilləsində qərarlaşıb.
         Apple şirkətinin bazar dəyərinin yenidən 3 trilyon dolları keçməsi səbəbilə NVIDIA dünyanın ən bahalı şirkətləri siyahısında ikinci yerdən yenidən üçüncü yerə enib. Beleliklə hal-hazırda Apple şirkətinin bazar dəyəri 3.31 trilyon dollar, NVIDIA-nın bazar dəyəri isə 3.18 trilyon dollar təşkil edir. Nəticədə Apple yenidən dünyanın ən bahalı şirkəti statusunu qazanıb. Qeyd etmək lazımdır ki, daha öncə bu statusa Microsoft sahib idi. Lakin onun bazar dəyəri 3.27 trilyon dollara düşdüyü üçün o, dünyanın ən bahalı şirkətləri siyahısında birinci yerdən ikinci yerə enib. NVIDIA-nın brend kimi dəyərinə gəldikdə isə bu il ərzində bu dəyər 3 dəfə yüksəlib. Yəni NVIDIA brendinin dəyəri 201.9 milyard dollara kimi yüksəlib.
    Paylaş