
Avropa Birliyi, Apple ilə Meta-nı cərimələməyə hazırlaşır
Tech-Biznes
11.03.2025
Emil
Avropa Komissiyası yaxın zamanda Apple və Meta Platforms-a cərimə təyin edəcək. Bu, şirkətlərin Avropa Birliyinin Rəqəmsal Bazarlar Qanununu (DMA) pozması ilə bağlıdır. 2023-cü ildə Avropa Komissiyası Apple, Meta və Google-a qarşı potensial DMA pozuntuları ilə bağlı araşdırma başlatmışdı. Bu qanunun pozulmasına görə şirkətlər qlobal illik gəlirlərinin 10%-i həcmində cərimələnə bilər. Lakin mənbələr bildirir ki, Apple və Meta-ya tətbiq ediləcək cərimə inzibati xarakter daşıyır və çox böyük olmayacaq. Avropa Birliyinin antiinhisar qurumu məqsədinin daha çox qanunun icrasına nəzarət etmək olduğunu vurğulayır.

Sanksiya kimi ağır cəzalar tətbiq etmək əsas hədəf deyil. Bundan əlavə, qanunun qüvvəyə minməsindən qısa müddət keçdiyinə görə (2023-cü ildə qəbul edilib), pozuntuların müddəti uzun hesab edilmir. ABŞ prezidenti Donald Trump, Davosda keçirilmiş Dünya İqtisadi Forumu iştirakçıları qarşısında videobağlantı ilə çıxış edərkən, Avropa Birliyi ölkələrini Amerika şirkətlərinə qarşı məhkəmə proseslərinə və milyardlarla dollar həcmində cərimələrə görə tənqid edib. Avropa Komissiyasının Apple, Meta və Google-a qarşı bütün işləri yenidən nəzərdən keçirdiyi məlum olub. Bu dəyişiklik Trump-ın hakimiyyətə gəlməsi ilə əlaqələndirilir.

Lakin mənbələr bildirir ki, cərimələrlə bağlı yekun qərar hələ verilməyib. Onun bu ay açıqlanacağı gözlənilir. Ötən həftə dərc olunan uyğunluq hesabatında Meta qeyd edib ki, Avropa Birliyi qanunvericiliyinə əməl etməsinə baxmayaraq, tənzimləyici qurumlar qanuni çərçivədən kənar tələblər irəli sürməyə davam edirlər. Avropa Birliyi rəqabət məsələləri üzrə komissarı Margrethe Vestager-in sözlərinə görə, Apple-ın Avropa Birliyi qanunlarını yerinə yetirməkdə ciddi problemləri var. Apple 7 mart tarixli DMA uyğunluq hesabatında bildirib ki, bu qanunun tətbiq etdiyi dəyişikliklər istifadəçilər və tərtibatçılar üçün ciddi risklər yaradır. Şirkətə görə, bu dəyişikliklər zərərli proqramların yayılması və fırıldaqçılıq imkanlarını artıra bilər.
Mənbə: Reuters
Paylaş
Bənzər xəbərlər

Proqram Təminatı
iOS 19-da köklü dəyişiklik olmayacaq
Yeni iOS 19 əməliyyat sistemi (kod adı Luck) Apple tərəfindən iyun ayında keçiriləcək WWDC 2025 konfransında təqdim ediləcək. Lakin Bloomberg-in məşhur insayderi Mark Gurman bildirib ki, iOS-in bu versiya köklü yeniliklər gətirməyəcək.

Cihazlar+
iPhone 17 Pro və iPhone 17 Pro Max-ın dizaynları video vasitəsilə sərgilənib (VİDEO)
Apple bu ilin ikinci yarısında iPhone 17 smartfon seriyasını təqdim edəcək. Sözügedən smartfon seriyasının təqdimatına hələ uzun müddət qalmasına baxmayaraq artıq indidən ona daxil olacaq modellərdə olacaq dizayn dəyişikliyini qiymətləndirmək olar.

Proqram Təminatı
Yenilənmiş Siri 2026-cı ilə qədər gecikəcək
Siri səsli köməkçisinin süni zəka əsaslı yeni funksiyalarla yenilənməsi əvvəlcə apreldə, iOS 18.4-ün buraxılışı ilə gözlənilirdi. Lakin sonradan Apple-ın bu yeniləmənin buraxılışını təxirə sala biləcəyi barədə qeyri-rəsmi məlumat yayıldı.

Cihazlar+
Huawei və Xiaomi taxıla bilən cihazlar bazarının yarısını idarə edirlər
Canalys analitik şirkəti 2024-cü il üzrə taxıla bilən ağıllı cihazların tədarükü ilə bağlı hesabatını yayımlayıb. 2023-cü illə müqayisədə bu bazar 4.1% böyüyərək 193 milyon qurğuya çatıb.

Cihazlar+
Qatlana bilən iPhone Face ID-dən məhrum ola bilər
Məşhur analitik Ming-Chi Kuo bildirib ki, Apple ilk qatlana bilən iPhone modelini "kitab" formatında dizayn və yüksək satış qiyməti ilə 2026-cı ilin sonu - 2027-ci ilin əvvəllərində təqdim etməyi planlaşdırır.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
