Logo
    main-post-cover

    Böyük İT şirkətlər Avropanın sərt qaydaları ilə Donald Trump-ın vasitəsilə mübarizə aparmağa hədəfləniblər

    Tech-Biznes
    19.02.2025
    Emil
         ABŞ-ın böyük texnoloji şirkətləri Avropa Birliyinin rəqəmsal bazarı tənzimləmək üçün tətbiq etdiyi sərtləşdirilmiş qaydalara qarşı daha aktiv mübarizə aparmağa başlayıblar. Onlar hesab edirlər ki, Donald Trump administrasiyasının dəstəyi onlara rəqəmsal texnologiyalar və süni zəka bazarının inkişafına maneə yaratdığını düşündükləri qaydalarla mübarizə aparmağa kömək edəcək. Financial Times-ın məlumatına görə, bu şirkətlərin özünəinamını artıran əsas amillərdən biri ABŞ-ın vitse-prezidenti JD Vance-in Avropaya səfəri zamanı Avropa Birliyinin "müəssisələrə ağır yük gətirən beynəlxalq qaydalarını" tənqid etməsi olub. O, süni zəka sahəsində elə bir tənzimləmə sisteminə ehtiyac olduğunu bildirib ki, bu, sektorun sürətli inkişafını boğmasın.
         Financial Times-ın mənbələrinə görə, Silikon Vadisi Avropa Birliyinin Rəqəmsal Bazarlar Aktının (DMA) tətbiqinə məhdudiyyət qoyulmasını lobbiləşdirir. DMA böyük online platformaların bazardakı dominant mövqeyindən sui-istifadə etməsinin qarşısını almaq və pozuntulara qarşı iri məbləğdə cərimələr tətbiq etmək məqsədilə hazırlanıb. Bu proses ABŞ və Avropa Birliyi arasında texnologiya tənzimləmələri ilə bağlı mümkün gərginliyin artmasına səbəb ola bilər. Avropa Komissiyasının texnoloji suverenlik, təhlükəsizlik və demokratiya üzrə icraçı sədr müavini Henna Virkkunen, Financial Times-a bildirib ki, Avropa, ABŞ-ın təzyiqlərinə baxmayaraq, qəbul olunmuş qaydalara tam əməl olunmasını təmin etməyə sadiqdir.
         Buna baxmayaraq, bu ay Avropa Komissiyası "Süni Zəkaya görə Məsuliyyət Qaydaları" (Liability Rules for Artificial Intelligence) adlı təşəbbüsünü geri götürüb. Bu qaydalar texnologiya şirkətlərinin süni zəka sistemləri və alətləri səbəbindən yaranan hər hansı zərərə görə cərimələnməsinə imkan yaradırdı. Virkkunen izah edib ki, bu qərar ABŞ texnologiya şirkətlərinin təzyiqləri altında qəbul edilib. Avropa Komissiyası belə bir addımı süni zəka sahəsinə investisiyaları stimullaşdırmaq məqsədilə atıb. Bu hadisə Avropa Birliyinin texnologiya sahəsində tənzimləmə siyasətində balans yaratmaq üçün güzəştlərə getdiyini göstərir.
         Şirkətlərin tənzimləyicilərlə növbəti qarşıdurmasının apreldə baş verəcəyi gözlənilir. Bu, "Ümumi Təyinatlı Süni Zəka üzrə Təcrübə Kodeksi"nin (General-Purpose AI Code of Practice) qəbul edilməsi ilə bağlı olacaq. Kodeks, şirkətlərin Avropa Birliyinin Süni Zəka Aktının (EU Artificial Intelligence Act) qaydalarını necə tətbiq etməli olduqlarını, o cümlədən süni zəka sistemlərindəki "sistematik" risklərlə necə mübarizə aparmalı olduqlarını müəyyən edəcək. Meta artıq bəyan edib ki, bu kodeksi imzalamayacaq.
         Şirkətin baş lobbiçisi Joel Kaplan bu ay Brüsseldə bildirib ki, kodeks "real həyata uyğun olmayan və texniki baxımdan icrası mümkün olmayan tələblər" qoyur. Kaplan, həmçinin, ABŞ və Avropa Birliyinin süni zəka sahəsində əməkdaşlıq etməyəcəyi təqdirdə, Çinin bu texnologiya yarışında qalib gəlmək üçün böyük üstünlüyə sahib olacağını vurğulayıb. Apple, Meta Alphabet (Google-un sahibi) 2023-cü ildə DMA-nın qüvvəyə minməsindən sonra araşdırmalara məruz qalmışdı. Lakin Donald Trump-ın prezident seçkilərində qalib gəlməsindən sonra Avropa Komissiyası bu araşdırmalara yenidən baxır. Bu hadisələr Avropa Birliyinin texnologiya nəhənglərinə qarşı tənzimləmə siyasətində dəyişikliklər etmə ehtimalını artırır.
    Paylaş
    Bənzər xəbərlər
    donald-trump-tiktok-un-abs-da-qadagasinin-texire-salinma-muddetini-uzada-biler
    Sosial Media

    Donald Trump, TikTok-un ABŞ-da qadağasının təxirə salınma müddətini uzada bilər

    TikTok-un ABŞ-da 19 yanvar tarixində qısa müddətlik qadağan edilməsi ilə bağlı hadisələr geniş şəkildə mətbuatda işıqlandırıldı. Ertəsi gün ABŞ prezidenti vəzifəsinə başlamış Donald Trump qadağanın qüvvəyə minməsini 75 gün, yəni 5 aprel tarixinə qədər təxirə saldı.
    elon-musk-donald-trump-a-10-milyon-dollar-tezminat-odeyecek
    Tech-Biznes

    Elon Musk, Donald Trump-a 10 milyon dollar təzminat ödəyəcək

    Elon Musk, Donald Trump-a 10 milyon dollar təzminat ödəməyi qəbul edib. Bu, 2021-ci ildə Trump-ın X (keçmiş Twitter) hesabının bloklanması ilə bağlı qaldırılmış məhkəmə iddiasının həlli üçündür.
    avropa-suni-zeka-sahesine-200-milyard-avro-serf-edecek
    Süni İntellekt

    Avropa süni zəka sahəsinə 200 milyard avro sərf edəcək

    Avropa Birliyi, ABŞ və Çinə rəqabət yaratmaq məqsədilə süni zəka sahəsinə 200 milyard avro məbləğində investisiya yatıracaq. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen, Parisdə keçirilən AI Action Summit tədbirində çıxışı zamanı bildirib.
    avropa-birliyi-qanun-ile-qadagan-edilmis-suni-zekanin-istifade-telimatini-teqdim-edib
    Süni İntellekt

    Avropa Birliyi qanun ilə qadağan edilmiş süni zəkanın istifadə təlimatını təqdim edib

    Avropa Birliyində “Süni Zəka Qanunu” (AI Act) çərçivəsində ilk qaydalar qüvvəyə minib. Bu qanun süni zəkanın istifadə qaydalarını risk səviyyəsinə uyğun olaraq tənzimləməyə hədəflənib.
    tiktok-un-alinmasi-ucun-abs-da-suveren-investisiya-fondunun-yaradilmasi-tapsirilib
    Tech-Biznes

    TikTok-un alınması üçün ABŞ-da suveren investisiya fondunun yaradılması tapşırılıb

    ABŞ prezidenti Donald Trump əsas siyasi və iqtisadi məsələləri bir qədər yoluna qoyduqdan sonra orta müddətli perspektivdə həll edilməli olan məsələlərlə məşğul olmağa başladı. Xüsusilə, seçkiqabağı vədlərindən birini yerinə yetirərək, o, ABŞ-da suveren investisiya fondunun yaradılması barədə göstəriş verib.