
Fransız nəşriyyatçılar və müəlliflər Meta şirkətini məhkəməyə veriblər
Tech-Biznes
12.03.2025
Emil
Fransız nəşriyyatçılar və müəlliflər Meta şirkətini müəllif hüquqlarını pozmaqda ittiham edərək məhkəməyə veriblər. Onların iddiasına görə, şirkət generativ süni zəka modellərini təlimatlandırmaq üçün onlara məxsus kitabları icazəsiz istifadə edib. İddia Fransa nəşriyyatçılarını təmsil edən SNE Ticarət Assosiasiyası (Hachette və Editis kimi böyük nəşriyyatları əhatə edir), SGDL Müəlliflər Assosiasiyası və SNAC Yazıçılar Birliyi tərəfindən irəli sürülüb. SNE prezidenti Vincent Montagne-nin sözlərinə görə, iddiaçılar Meta-nın kütləvi müəllif hüquqları pozuntularına dair sübutlar toplayıblar və əvvəllər şirkətlə əlaqə saxlasalar da nəticə əldə edə bilməyiblər.

Bundan əlavə, onlar bu məsələni Avropa Komissiyasına çatdıraraq Meta-nın Avropa Birliyinin süni zəka ilə bağlı qanunvericiliyini pozduğunu bildiriblər. Meta bu məsələyə hələlik rəsmi şərh verməyib. Generativ süni zəka modelləri, o cümlədən Meta və OpenAI tərəfindən hazırlanan sistemlər, çox böyük həcmdə mətn məlumatları, o cümlədən kitablar və məqalələr əsasında təlimatlandırılır. Bu səbəbdən dünyanın bir çox yerində süni zəka şirkətlərinə qarşı məhkəmə iddiaları artıb. Nəşriyyatçılar iddia edirlər ki, onların məzmununun süni zəkanın təlimatlandırılması üçün istifadəsi müəllif hüquqlarının pozulması, hətta oğurluq hesab olunmalıdır.

Digər tərəfdən, süni zəka tərtibatçıları məlumat mənbələrini tam açıqlamağa o qədər də həvəsli deyillər, lakin bütün mənbələrin ABŞ-ın mövcud müəllif hüquqları qanunlarına uyğun istifadə edildiyini bildirirlər. 2023-cü ilin dekabrında New York Times, OpenAI və Microsoft-a qarşı məhkəmə iddiası qaldıraraq, onların süni zəkanı qanunsuz şəkildə nəşrin materialları ilə öyrətdiyini iddia etdi. 2024-cü ilin aprelində bir qrup yazıçı Anthropic şirkətinə qarşı oxşar iddia irəli sürdü. 2025-ci ilin yanvarında isə Hindistan nəşriyyatçıları OpenAI-yə qarşı yeni məhkəmə iddiası qaldırdılar.
Mənbə: Bloomberg
Paylaş
Bənzər xəbərlər

Sosial Media
Facebook-un Çində fəaliyyəti üçün hazırlanmış gizli senzura sistemi barəsində məlumatlar verilib
Bir müddət əvvəl Facebook-un qlobal siyasət üzrə keçmiş direktoru Sarah Wynn-Williams şirkəti Çin bazarının sərt tələblərinə uyğunlaşdırılmış avtomatik senzura sistemi yaratmaqda ittiham etmişdi.

Elm & Texnologiya
Meta fərdi süni zəka çiplərini test etməyə başlayıb
Meta Platforms, süni zəka sistemlərini sürətləndirmək üçün öz istehsalı olan MTIA çip ailəsi haqqında ilk dəfə 2 il əvvəl məlumat paylaşmışdı. Reuters-in məlumatına görə, artıq bu çiplərlə süni zəka sistemlərinin təlimatlandırılması prosesi başlayıb.

Tech-Biznes
Avropa Birliyi, Apple ilə Meta-nı cərimələməyə hazırlaşır
Avropa Komissiyası yaxın zamanda Apple və Meta Platforms-a cərimə təyin edəcək. Bu, şirkətlərin Avropa Birliyinin Rəqəmsal Bazarlar Qanununu (DMA) pozması ilə bağlıdır. 2023-cü ildə Avropa Komissiyası Apple, Meta və Google-a qarşı potensial DMA pozuntuları ilə bağlı araşdırma başlatmışdı.

Cihazlar+
Meta şirkəti Aria Gen 2 adlı yeni ağıllı eynəyini təqdim edib
Meta şirkəti Aria Gen 2 adlı yeni nəsil təcrübi ağıllı eynəyini təqdim edib. Bu eynəklər süni zəka, robot texnologiyaları və machine vision sahəsində çalışan tədqiqatçılara yönəlib.

Proqram Təminatı
Meta AI ayrıca çat-bot tətbiqi şəklində istifadəyə veriləcək
Meta tezliklə süni zəka əsasında çalışan çat-botu üçün ayrıca bir tətbiqi istifadəyə verməyi planlaşdırır. Mənbələrin bildirdiyinə görə, bu yeni tətbiqin təqdimatı bu ilin ikinci rübündə baş tutacaq.
Ən çox oxunanlar

OpenAI CEO-su proqramlaşdırma əvəzinə süni zəka alətlərindən istifadəni öyrənməyi məsləhət görüb
