Google, Avropa Birliyinin 2.42 milyard avroluq cəriməsindən yan keçə bilmədi
Tech-Biznes
11.09.2024
Emil Nəcəfov
Google şirkəti Avropa Birliyi ilə olmuş uzunmüddətli hüquqi mübarizədə məğlub olub. Belə ki, şirkət Avropa Birliyinin antimonopoliya qanunvericiliyini pozması səbəbilə ona təyin edilmiş 2.42 milyard avro həcmindəki cəriməni ləğv etdirə bilməyib. Avropa Birliyi məhkəməsi ilk dəfə 2017-ci ildə Avropa Komissiyası tərəfindən tətbiq edilmiş sanksiyaların qanuni olduqlarını təsdiqləyib. Bu isə öz növbəsində Google şirkətinin online axtarış və online reklam sahələrindəki biznesinə uzunmüddətli mənfi təsir göstərə bilər.
Avropa Komissiyası 2017-ci ildə Google şirkətini ciddi şəkildə cərimələmişdi. Səbəb isə şirkətin Avropadakı daha kiçik şirkətlər qarşısında ədalətsiz üstünlük əldə etməsi yolunda öz qiymət müqayisəsi servisindən istifadəsi olub. Avropa Komissiyası tərəfindən təyin edilmiş cərimənin ləğv edilməsinə istiqamətlənmiş apellyasiya müraciəti bir neçə mərhələdə reallaşdırılıb. 2021-ci ildə birinci məhkəmə instansiyası Avropa Komissiyasının qərarını dəstəkləmişdi. Nəticədə Google, Avropa Birliyinin ali məhkəmə instansiyasına müraciət etdi. Lakin bu cəhd də uğurlu olmadı.
Avropa Birliyi məhkəməsinin hakimləri öz qərarlarında Avropa qanunvericiliyinin vacib özəlliyini xüsusi olaraq qeyd ediblər. “Xüsusilə, dominant mövqedə olan qurumlar tərəfindən rəqabətə zidd olan və bununla da ayrı-ayrı müəssisələrə və istehlakçılara zərər vura biləcək davranışlar qadağandı”. 2.42 milyard dollar həcmində cərimə Google ilə Avropa Birliyi arasında olan antimonopoliya mübarizəsinin daha miqyaslı təsvirinin yalnız bir hissəsidir. Belə ki, Avropa Birliyinin antimonopoliya orqanları tərəfindən Google şirkətinə son 10 il ərzində təyin edilmiş cərimələrin ümumi məbləği artıq 8.25 milyard avroya çatıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Play Market üzərindən eyni anda daha çox tətbiqi yeniləmək və yükləmək mümkün olacaq
Google Play Market üzərindən eyni anda daha çox tətbiqi yeniləmək və yükləmək mümkün olacaq
Keçən həftə Google Play Market platforması yeniləndi bununla da istifadəçilərə yeni imkan təqdim edildi. Söhbət, Google Play Market üzərindən eyni anda bir neçə tətbiqin yenilənməsi və yüklənməsi imkanından gedir.
Google, Amazon və digər böyük şirkətlər istifadəçilərinin danışıqlarını dinləyirlər
Google, Amazon və digər böyük şirkətlər istifadəçilərinin danışıqlarını dinləyirlər
Cox Media Group adlı media holdinqi texnoloji şirkətlərə hədəflənmiş reklamların formalaşdırılması üçün yeni alətin istifadəsini təklif edib.
Google insan səsi sayəsində xəstəliyi təyin edə biləcək süni zəka üzərində çalışır
Google insan səsi sayəsində xəstəliyi təyin edə biləcək süni zəka üzərində çalışır
Google şirkəti müasir süni zəka sistemlərinin imkanlarını genişləndirməyə qərar verib.
Google, Gmail üçün sürətli cavab funksiyasını təqdim edib!
Google, Gmail üçün sürətli cavab funksiyasını təqdim edib!
Google, tezliklə Gmail Android tətbiqinə gələcək sürətli cavab funksiyasını təqdim edib. Artıq tam ekrana keçmədən gələn e-poçta tez cavab vermək mümkün olacaq.
Google Play Market-də bir neçə tətbiqin eyni anda yenilənməsi və yüklənməsi imkanı istifadəyə verilib
Google Play Market-də bir neçə tətbiqin eyni anda yenilənməsi və yüklənməsi imkanı istifadəyə verilib
Google şirkəti özünün Play Market platformasını yeniləyib. Nəticədə Google şirkətinin tətbiqlər mağazasına yeni faydalı özəllik əlavə edilib.
Həftənin xəbərləri
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!