
Instagram reklam biznesində YouTube-dan daha çox gəlir əldə edir
Tech-Biznes
06.04.2024
Sabina
Meta şirkəti ABŞ Federal Ticarət Komissiyasının (FTC) şirkətə qarşı olan antimonopoliya məhkəmə iddiasının ləğv edilməsi istiqamətində bu həftə federal məhkəməyə xahiş sorğusu göndərib. Məhkəməyə həmçinin təqdim edilmiş sənədlərdə Instagram-ın son illər ərzində reklam biznesindən nə qədər gəlir əldə etdiyi qeyd edilib. Məlum olub ki, Instagram-ın reklam gəlirləri YouTube platformasının reklam gəlirlərindən daha çoxdur.
Məlumata əsasən 2021-ci ildə reklam biznesi Instagram-a 32.4 milyard dollar gəlir gətirib. YouTube isə 2021-ci ildə reklam biznesindən 28.8 milyard dollar gəlir əldə edib. Bunun əsas səbəbi ondadır ki, YouTube reklam biznesindən əldə edilmiş hər bir dolların 55%-ni videoservisə kontent yükləyən video müəlliflərə ödəyir. Instagram isə öz növbəsində kontent müəlliflərinə daha az vəsait ödəyir. Məlumatda qeyd edilib ki, 2019-cu ildə Instagram reklam biznesi sayəsində 17.9 milyard dollar, 2020-ci ildə isə 22 milyard dollar gəlir əldə edib. YouTube öz növbəsində həmin illər ərzində müvafiq olaraq 15.1 milyard dollar və 19.7 milyard dollar qazanıb.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
