main-post-cover

    Meta da OpenAI şirkətinin kommersiya məqsədli şirkət olmaq istəməsinə qarşıdır

    Tech-Biznes
    20.12.2024
    Emil Nəcəfov
           Elon Musk-ın OpenAI şirkətinə necə münasibət göstərdiyi artıq məlumdur. Belə ki, Musk sözügedən şirkətə qarşı bu il ərzində bir neçə dəfə məhkəmə iddiası qaldırıb. Lakin görünür, OpenAI şirkətinə qarşı təkcə Musk mənfi şəkildə yanaşmır. Belə ki, Meta şirkəti Kaliforniya ştatının baş prokurorunu OpenAI şirkətinin kommersiya məqsədli şirkətə çevrilməsi prosesini dayandırmağa çağırıb. Kaliforniya ştatının baş prokuroru olan Rob Bonta-ya Meta tərəfindən ünvanlanmış məktubda qeyd edilib ki, OpenAI şirkətinin kommersiya məqsədli şirkət strukturuna keçidi təhlükəli nəticəyə səbəb ola bilər.
         Belə ki, startaplar özlərini gəlir əldə etmək səviyyəsinə yüksəlməyə hazır hiss etməyəcəkləri müddətə kimi qeyri-kommersiya təşkilatı statusunun üstünlüklərindən faydalanacaqlar. “OpenAI şirkətinin bu addımı Silikon vadisi üçün seysmik xarakter daşıya bilər. Əgər şirkətin bu yeni biznes modeli özünü doğrultsa, qeyri-kommersiya investorları kommersiya məqsədli şirkətlərə ənənəvi şəkildə investisiyalar yatıran investorlar kimi gəlir əldə edə biləcəklər. Üstəlik bu halda qeyri-kommersiya investorları həmçinin ölkə tərəfindən təmin olunan vergi güzəştlərindən də yararlanacaqlar” - deyə Meta şirkətinin məktubunda qeyd edilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ChatGPT-yə telefonla zəng etmək və onunla WhatsApp-da danışmaq mümkün olub (VİDEO)
    chatgpt-ye-telefonla-zeng-etmek-ve-onunla-whatsapp-da-danismaq-mumkun-olub-video
    Threads-in gündəlik istifadəçi kütləsi 100 milyonu ötür
    threads-in-gundelik-istifadeci-kutlesi-100-milyonu-otur
    Elon Musk, OpenAI şirkətinin yeganə rəhbəri olmaq istəyibmiş
    elon-musk-openai-sirketinin-yegane-rehberi-olmaq-isteyibmis
    OpenAI şirkətinin keçmiş əməkdaşı öz evində ölü tapılıb
    openai-sirketinin-kecmis-emekdasi-oz-evinde-olu-tapilib
    ChatGPT-nin mobil tətbiqinə videolar ilə bağlı imkanlar əlavə edilib (VİDEO)
    chatgpt-nin-mobil-tetbiqine-videolar-ile-bagli-imkanlar-elave-edilib-video