
Meta işçiləri süni zəka səbəbilə bonuslardan məhrum olublar
Tech-Biznes
21.02.2025
Emil
Meta, əməkdaşları üçün səhmlər şəklində verilən mükafat ödənişlərini azaldıb. Bu qeyri-məşhur addım şirkətin süni zəka sahəsinə rekord xərclərinin artdığı bir dövrə təsadüf edib - bu il bu xərclərin 10 milyardlarla dollar olacağı gözlənilir. Meta hər il əməkdaşlarına səhmlər (equity refreshers) şəklində mükafatlar verir. Bu, onların əsas maaşları və illik pul bonusları ilə yanaşı, ümumi gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edir. Bu il əksər işçilərə səhmlər şəklində ödənilən mükafatların təxminən 10% azaldılacağı bildirilib.

Lakin bu faiz göstəricisi konkret əməkdaşın çalışdığı şöbə və vəzifəsindən asılı olaraq dəyişə bilər. Şirkət bu mükafatların məbləğini bazar tendensiyalarına uyğun tənzimləyir, lakin yerli bazarda ən yüksək səviyyədə saxlamağa çalışır. Meta-nın baş direktoru Mark Zuzkerberg rüb hesabatına həsr olunmuş brifinqdə bildirib ki, süni zəkaya yönəldilmiş uzunmüddətli investisiyalar artıq bu il öz bəhrəsini verməyə başlayacaq. Bu sahədə Meta, OpenAI və Microsoft kimi şirkətlərlə rəqabət aparır.

Zuckerberg həmçinin qeyd edib ki, hazırda ABŞ prezidenti Donald Trump-ın administrasiyası ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Xatırladaq ki, Trump əvvəllər Meta-nı senzurada ittiham etmişdi. Bu ay Zuckerberg Ağ Evə səfər edərək Meta-nın ABŞ-ın qlobal texnoloji liderliyini dəstəkləmək üçün necə kömək edə biləcəyini müzakirə edib. Bundan əlavə, şirkət xərclərin optimallaşdırılması üçün ciddi kadr ixtisarları aparır. 2022 və 2023-cü illərdə Meta minlərlə əməkdaşını işdən çıxarıb. 2024-cü ilin fevralında isə şirkət daha 5% işçisini ixtisar edib. İşdən azad olunanlar əsasən aşağı iş göstəricilərinə malik əməkdaşlar olub. Meta 2026 və 2027-ci illərdə yüksək kadr dövriyyəsinə hazırlaşır.
Mənbə: Financial Times
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
