Logo
    OpenAI ChatGPT-də şəkilli reklam sınağına bu ayın sonunda başlayacaq

    OpenAI ChatGPT-də şəkilli reklam sınağına bu ayın sonunda başlayacaq

    Tech-Biznes
    05.10.2026
        “OpenAI” şirkəti “ChatGPT”də şəkilli reklamları sınamağa hazırlaşır. Sınaq ABŞ ərazisində bu ayın sonlarında başlayacaq. İlk mərhələdə reklamlar istifadəçi “ChatGPT”də şəkil yaradarkən görünəcək. Ekranda reklamverənlərin məhsul və xidmətlərini göstərən şəkillər olacaq.
        “OpenAI” “ChatGPT”yə reklamları ilk dəfə fevral ayında əlavə edib. İndiyədək söhbətin altındakı ayrıca sponsor bölməsində yalnız şirkətin adı, loqosu və məhsula keçid göstərilirdi. Yeni formatda həmin hissəyə reklam olunan məhsulun və ya xidmətin şəkli də əlavə ediləcək. Reklam istifadəçinin yaratdığı şəklin içində görünməyəcək.
        “OpenAI-a” görə, vizual reklamlar “ChatGPT”nin cavablarına təsir etməyəcək və yaradılan məzmundan ayrı qalacaq. “ChatGPT Plus”, “ChatGPT Pro” və “ChatGPT Enterprise” abunəçiləri bu reklamları görməyəcəklər. Sınaq əsasən xidmətin reklam göstərilən versiyasından istifadə edən şəxsləri əhatə edəcək.
        Şirkət söhbətin reklam üçün uyğun olub-olmadığını yoxlayan məhdudiyyətlər qoyduğunu açıqlayıb. Reklamların emosional baxımdan həssas və digər uyğun olmayan mövzularla bağlı söhbətlərdə göstərilməməsi planlaşdırılır. Şəkilli reklamlar əvvəlcə məhdud sayda reklamverənlə sınaqdan keçiriləcək. Daha sonra şirkət başqa reklam formalarını da yoxlayacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...