Logo
    main-post-cover

    Süni zəka sistemləri bazarının dövriyyəsi bir neçə ilə 1 trilyon dollara yüksələ bilər

    Tech-Biznes
    25.09.2024
    Emil
         Bain adlı investisiya şirkətinin nümayəndələri hesab edirlər ki, süni zəka sistemləri ilə əlaqəli olan proqram və aparat təminatı bazarı illik ortalama 40-55% böyüyəcək. Əgər keçən il bu bazarın iştirakçılarının dövriyyələri 185 milyard dolları keçmirdisə, 2027-ci ilə kimi onların dövriyyələri 780-990 milyard dollara yüksələcək. Süni zəka sistemlərinin inkişaflarına maraq təkcə korporativ bazarın iştirakçıları tərəfindən deyil, həmçinin dövlət strukturları tərəfindən də böyüyəcək. Süni zəka ilə bağlı yarımkeçirici məhsullara yüksək tələbat onların qıtlığına səbəb olacaq və bu vəziyyət təkcə kompüterləri deyil, həm də smartfonları əhatə edəcək.
         Süni zəka sistemlərində istifadə üçün nəzərdə tutulmuş xüsusi çiplərə tələbat 2026-cı ildə 30% yüksələ bilər. İstehsalçılar bu cür tələbata hazır olmalıdırlar. Əgər indi məlumatların emalı üzrə böyük mərkəzin lazımi komponentlərlə təchiz olunması üçün 1-4 milyard dollar vəsait lazımdırsa, 5 ildən sonra bu cür layihəni reallaşdırmaq üçün 10-25 milyard dollar vəsait lazım olacaq. Bu cür mərkəzlərin sərf edəcəkləri elektrik enerjisi həcmi isə 50-200 meqavat-dan 1 giqavat-a yüksələ bilər. Bu öz növbəsində energetika sahəsinə və soyutma sistemlərinin istehsalçılarına təsir göstərəcək.
    Paylaş