
1 milyard istifadəçinin hesabı oğurlandı
Elm & Texnologiya
08.05.2017
Yahoo-ya edilən hacker hücumu miqyasca ən böyüyü ola bilər.
Texnologiya inkişaf etdikcə onunla bərabər
gələn təhlükələr də böyüyür. Əvvəllər 5 milyon insanın məlumatlarının
oğurlanması böyük bir hadisə hesab olunurdusa, indi bu rəqəm daha irəli səviyyədədir.
Belə ki, keçdiyimiz günlərdə Yahoo-nun 1 milyard istifadəçisinin hesabı
oğurlandı.
Yahoo-dan edilən açıqlamaya görə 2016-cı
ilin avqust ayında ortaya çıxan boşluqdan istifadə edən hackerlər 1 milyard
istifadəçinin bütün məlumatları oğurlayıb. İlk əvvəl Yahoo bu mövzuda bir qədər
susmağa üstünlük versə də sonradan hadisəni təstiq etməyə məcbur oldu.
Hackerlərinin oğurladığı məlumatlar
arasında telefon nömrələri, e-mail ünvanları, şifrələr, ev ünvanları, fotolar yer
alır.
Qısaca, bir qrup hacker dünyadakı 15%
insanın məlumatlarının vacib bir hissəsini ələ keçirib. Əgər sizin də Yahoo
hesabınız varsa, onun şifrəsini dəyişməyiniz məsləhətdir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...