
1 milyon Google və Yahoo istifadəçisinin məlumatları, Dark Web-də satışa çıxarıldı
Elm & Texnologiya
07.05.2017
Farid
Bir milyondan artıq Google və Yahoo hesabı, Deep Web-də satışa çıxdı!
Yahoo və Gmail xidmətlərinə aid 1 milyon
istifadəçi məlumatlarının, Deep Web üzərindən satışa çıxdığı bildirilir. İnternetdə istifadəçi məlumatlarının
oğurlanması kimi vəziyyətlərlə tez-tez qarşılaşırıq. Bele ki, artıq "500
min adamın Google hesabı oğurlandı" başlıqlı bir xəbər oxusaq, "içərisində
mənim hesabım varmı?" deyə diqqət etmədən keçirik çünki bu oğurlanma
hadisələrindən sonra nələr olduğu mövzusunda heç bir xəbərimiz olmur. Oğurlanan
hesablara nə olduğu barəsində bir hadisə ötən günlərdə yaşandı. SunTzu853 adlı
bir hacker, bir milyona yaxın Google və Yahoo hesabını Deep Web üzərindən müəyyən
bir bitcoin qarşılığında satışa çıxartdı. Bu 1 milyona yaxın hesabın gerçək
olmadığı deyilsə də iddialara görə bəzi Deep Web istifadəçiləri hesabların gerçək
olduğunu sübut ediblər.Əlavə olaraq iddialara
görə bu məlumatlar arasında illər əvvəl oğurlanan hesablar da var.
Paylaş
Bənzər xəbərlər