
1.9 milyard dollar investisiya almış Magic Leap adlı startap sonunda özünün artırılmış reallıq eynəklərini təqdim etdi
Elm & Texnologiya
20.12.2017
Artırılmış reallıq sahəsində fəaliyyət göstərən Magic Leap adlı startap nəhayət ki, 2011-ci ildən bəri hazırladığı cihazı təqdim etdi.
Bu müddət ərzində startap 1.9
milyard dollar investisiya almış, lakin öz məhsulunun xarici görünüşünü sərgiləməmişdi.
Beləliklə komplektə eynəklər, idarəedicilər və məlumatlar ilə qrafikanın emalı
üçün nəzərdə tutulmuş sistemin daxil olduğu kiçik cihazdan ibarətdir. Həmin
cihazı istifadəçi öz üzərinə taxa bilər. Şirkət bildirib ki, məhsul daima təkmilləşdirilir
və onun final versiyası indikindən tamamilə fərqlənə bilər.
Şirkət həmçinin onu
da bildirib ki, 2018-ci ilin əvvəlində o, tərtibatçılar üçün SDK təqdim edəcək.
Beləliklə ona bu platforma ilə çalışmaq üçün lazımi sənədlər və alətlər daxil
olacaq. Şirkətin saytında olan təsvirlərə əsasən Magic Leap eynəkləri vasitəsilə
istifadəçi öz dostları ilə virtual mühitdə ünsiyyət qura və ətrafında lazımi məlumatların əks olunduğu pəncərələr yarada bilər. Cihazın texniki göstəriciləri barəsində isə məlumat
verilmir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar