main-post-cover

    10 GB RAM və sürətli enerji yığma: OnePlus 6 T McLaren Edition'un fotoları fotoları yayıldı

    Elm & Texnologiya
    08.12.2018
    Farid Pardashunas
        İnternetdə məhdud sayda satışa çıxacaq OnePlus 6T McLaren Edition smartfon modelinin press foroları ortaya çıxıb. Smartfonun gövdəsi narıncı zolaqlara sahib qeyri-adi rəngi özündə birləşdirəcək. Onun kənar çərçivələri isə karbon materialdan hazırlanacaq. Smartfonun arxa panelinin yuxarı hissəsində OnePlus loqosu, aşağı hissəsində məşhur avtomobil istehsalçısı olan McLaren-in loqosu yerləşir.

        Reklam posterlərindən birindən əldə olunmuş məlumata əsasən OnePlus 6T McLaren Edition modeli Warp Charge adlı sürətli enerji yığma texnologiyasına sahib olacaq. Çox güman ki, o, 50 vat gücündə olacaq. Bu isə öz növbəsində 10 dəqiqə ərzində 40% enerji yığmağa imkan verəcək. Bununla yanaşı smartfonun 10 GB RAM ilə təchiz olunacağı gözlənilir. Digər göstəricilər baxımından isə OnePlus 6T McLaren Edition adi OnePlus 6T-dən fərqlənməyəcək.

        Belə ki, McLaren Edition modeli də 6.4 inç ekran (ekran üzərində V şəkilli çıxıntı hissəli), Snapdragon 845 prosessrou, 256 GB daxili yaddaş həcmi, 20 MP + 16 MP ikili arxa kamera və 3700 mh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun təqdimatı 11 dekabr tarixində McLaren şirkətinin İngiltərədəki baş ofisində keçiriləcək. Onun qiyməti barəsində dəqiq bir məlumat olmasa da, çox güman ki, qiymət göstəricisi 650$-dan çox olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər