main-post-cover

    10 yaşlı oğlan Face ID vasitəsilə iPhone X-i rahatlıqla aktiv etdi (VİDEO)

    Elm & Texnologiya
    15.11.2017
    Farid Pardashunas
    Məlum olub ki, Face ID texnologiyasını aldadıb iPhone X-i blockdan çıxarmaq üçün xüsusi texniki bacarıqlara sahib olmağa ehtiyac yoxdur.
    Sadəcə olaraq üz cizgilərinin hələ tam formalaşmamış 13 yaşından aşağı uşağın olması kifayətdir. “Apple” şirkətinin Face ID ilə bağlı texniki sənədində qeyd olunub ki, iPhone X-də qeydiyyatdan keçmiş istifadəçi üzündən başqa ona oxşar üz milyonda bir ehtimalda iPhone X-i blockdan çıxara bilər. Əkiz insanlar və bir-birinə çox bənzəyən şəxslər istisnadırlar.
    “Həmin məsələ 13 yaşına kimi olan insanlara da aiddir. Belə ki, onların üz cizgiləri Face ID texnologiyası ilə çalışmaq üçün hələ tam olaraq formalaşmayıb. Əgər bu sizdə qorxu yaradırsa, onda sizə adi şifrələmə üsulundan istifadəni məsləhət görürük” – deyə şirkət iPhone X-in təqdimatında bildirmişdi.
    Beləliklə 10 yaşılı Ammar Malik adlı oğlan uşağı öz anasının iPhone X smartfonuna yaxından baxmaq istəyib və bu zaman sözügedən hadisə yaşanıb. Bu barədə Wired saytı xəbər verib. Məlum olub ki, o öz anasının smartfonunu Face ID vasitəsilə rahatlıqla blockdan çıxara bilir. O hətta öz atasının smartfonunu da beləcə aktivləşdirib. Buna baxmayaraq Ammar Malik-in üzü daha kiçikdir və o daha çox atasına bənzəyir nəinki anasına.
    “İlk baxışdan bu əyləncəli göründü. Lakin sonradan heç də gülməli hal almadı. Mən həyat yoldaşımla bir-birimizə elə şeylər yazırıq ki, oğlumun həmin ismarıcları oxumasını ikimiz də istəmərik. İndi isə biz həmin ismarıcları pozmalıyıq ki, Ammar onları oxumasın” – deyə uşağın atası öz müsahibəsində qeyd edib.
    Beləliklə məlum olub ki, bəzi uşaqlar öz valideynlərinin smartfonlarına rahatlıqla yol tapa bilərlər. Siz hər ehtimala qarşı iPhone X-i övladınızdan gizlətsəniz daha yaxşı olacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər