
100 ədəd Samsung Galaxy Tab S2 ilə hazırlanan ilk tablet pianino.
Elm & Texnologiya
07.05.2017
Farid
Samsungun son olaraq təqdim etdiyi Galaxy Tab S2 ilə pianino hazırlanıb. Bunun üçün 100 ədəd TAB-dan istifadə edilib.
Son zamanlar iri texnologiya şirkətlərindən reklam xarakterli müxtəlif marketinq tədbirlərini görürük. Samsungun Oskar mükafatı tədbirindən sonra daha bir maraqlı addımı ilə istifadəçilərinin diqqətini cəlb edib. Belə ki, Londonda Milad bayramı üçün 100 ədəd Galaxy TAB S2-dən pianino hazırlanıb. Məşhur pianino ustası Myleene Klass tərəfindən səhnələnən bu şou taxta bir pianino skeleti üzərində TAB S2-lərdən hazırlanıb. Pianino dilləri isə bir neçə tabletin yan-yana gətirilməsindən qurulub. Pianist Myleene Klass tərəfindən çox gözəl səsləndirilən bu "tablet pianino" çox güman ki, bundan sonra Samsungun London ofisində saxlanılacaq.
Paylaş
Bənzər xəbərlər