main-post-cover

    100 günə dünyanın ən böyük enerji saxlama batareyasını tikəcəyinə söz vermiş Elon Musk (VİDEO)

    Elm & Texnologiya
    03.10.2017
    Farid Pardashunas
    “Tesla” şirkəti, 28 Sentyabr tarixində Avstraliyada Tesla Powerback adlı dünyanın ən böyük enerji saxlama batareyasının tikintisinə başladı.
    Tikintinin 50%-i artıq reallaşdırılıb. Onun sona çatdırılması isə bu ilin Dekabr ayına planlaşdırılıb. Qeyd etmək lazımdır ki, sözügedən mövzu, bu ilin Mart ayında start götürmüşdü. Belə ki, həmin ayda Musk, Twitter vasitəsilə Cənubi Avstraliyanın qubernatoru ilə mərcə girmişdi. Belə ki, Musk, müqavilənin bağlanacağı gündən başlayaraq bu cür enerji saxlama yerini, 100 gündən az müddətdə reallaşdırmalı idi.
    Əgər “Tesla” həmin enerji saxlanma batareyasının tikintisini vaxtında bitirməsə, onda Cənubi Avstraliya ştatı, buna görə şirkətə bir qəpik də ödəməyəcək.
    “Bu, elektroenerjinin verilməsində yaranan problemləri aradan qaldıracaq və Cənubi Avstraliyanı, etibarlı elektikli infrastruktur ilə təmin etmək üçün yay aylarında maksimal yüklənməni idarə etməyə yardımçı olacaq” – deyə “Tesla” şirkəti bildirib.
    Qeyd etmək lazımdır ki, Tesla Powerback-ın ümumi gücü 100 meqavat təşkil edir. Onun əsasında, külək elektrostansiyalarından və digər bərpa olunan enerji mənbələrindən enerji alan litium-ion batareyaları dayanır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər