
10900 mAh batareyalı ağıllı telefon!
Elm & Texnologiya
07.05.2017
Farid
Elə bir batareyaya sahib smartfon düşünün ki, hardasa digər mobil cihazlarınızı belə şarj edə bilsin! Əgər düşünə bilmirsinizsə sizə YAAO 6000 adlı smartfon haqqında danışmalıyıq.
Ağıllı
telefon sahiblərinin ən böyük problemlərindən biri adətən batareya ömürləri
olur. Hardasa əlimizdən yerə qoymadığımız ağıllı telefonlar, güclü təchizatın
yanında nə qədər batareya müddəti təklif edərsə o qədər simpatiyamızı
qazanırlar. Yeni bir smartfon isə təklif etdiyi batareya həcmi ilə digər ağıllı
telefonları belə şarj edə bilər!
YAAO
6000 adlı smartfon, təklif etdiyi 10900 mAh batareya ilə batareya müddətini
düşünməməyinizə şərait yaradır. Təəssüf ki, bu smartfon sadəcə Çində satılacaq
amma Çində yaşayan tanışlarınız varsa bu şansı əldən qaçırtmaya bilərsiniz. Yüksək həcmli bir powerbank qədər batareya həcmi təklif edən
bu smartfonun digər xarakteristikaları isə belədir: 5.5 inç 720 x 1280 TFT
ekran, MediaTek MT6735 dörd nüvəli
prosessor, 1 GB RAM, 16 GB artırıla bilən yaddaş həcmi, 13
MP arxa və 5 MP ön kamera.
Əlavə
olaraq bu nəhəng batareyanın çıxardıla bilən olduğunu da vurğulayaq. Əlavə bir
batareya almağı seçsəniz, biri şarj olarkən digərini taxaraq ağıllı
telefonunuzla yenə uzun saatlar keçirtməyə davam edə bilərsiniz. Batareyanın dəyişdirilə
bilən olmasındakı digər səbəbin isə, belə bir batareyanın şarj edilməsinin uzun
zaman almasıdır. Yəni sabit bir batareya olsaydı və cihazınızın tam şarj
olmasını gözləsəydiniz bu biraz can sıxıcı ola bilərdi. Cihazın qalınlığı isə
batareyasının təsiri ilə 18.1 mm və ağırlığının 500 qr ətrafında olduğu
görünür.
Paylaş
Bənzər xəbərlər