Logo
    main-post-cover

    11 Noyabr endirimli satış günündə 'Alibaba' 25 milyarddan çox gəliri süni zəka vasitəsilə əldə edib

     “Alibaba” şirkəti Çinin 13 böyük şəhərində yerləşən ticarət mərkəzlərində süni zəka stilistinə sahib olan terminallar yerləşdirib.
    Əgər bu texnologiya uğurlu olsa, onda onun sayəsində insanları ticarət mərkəzlərinə geri qaytarmaq mümkün olacaq. Bu barədə Technology Review saytı xəbər verib. Şirkət tərəfindən yerləşdirilmiş həmin terminallar sayəsində “Alibaba” 11 Noyabr tarixində rekord olaraq 25 milyard dollardan çox gəlir əldə etmişdir. Bu barədə olan xəbərimizlə tanış ola bilərsiniz.
    Terminalda olan xüsusi sensor alıcıların geyinmə otağına apardıqları paltarların üzərindəki xüsusi ştrix kodu təyin edirdi. Beləliklə terminal ekranında seçilmiş məhsulun digər geyim ilə və ya həmin brendin hansısa digər aksessuarı ilə olacaq uyğunluğu əks olunurdu. Bunun sayəsində alıcılar ticarət mərkəzinə qayıdaraq ekranda əks olunmuş tam geyim komplektini sınaqdan keçirdirdilər.

    Bu isə öz növbəsində alıcının planlaşdırdığından daha çox məhsul almasına gətirib çıxardırdı. Bu cür effektin nail olunmasında “Alibaba”ya FashionAI kömək edib. Bu süni zəka alqoritmi çoxlu sayda geyim məhsullarını, alıcıların, dizaynerlərin və internet mağazaların daimi müştərilərinin zövqlərini təyin etmək üçün təlim olunub.

    Bununla yanaşı FashionAI konkret bir brendin müxtəlif məhsullarını bir arada uyğunlaşdırmağı bacarır. Bu isə offline shopping üçün çox rahat və əlverişli üsuldur. “Alibaba” bu üsulla insanları ticarət mərkəzlərinə geri qaytarmaq istəyir. Belə ki, ABŞ-da və Çində offline shopping, online shopping, məhsulların evə çatdırılması sayəsində çox aşağı səviyyəyə düşüb.
    Çinin ticarət nazirliyi həmçinin süni zəka və bulud texnologiyaları vasitəsilə pərakəndə ticarətin təkmilləşdirilməsi üzrə xüsusi plan da hazırlayıb. “Alibaba”nın ticarət servisləri sayəsində gündəlik edilən alış-verişlərdən əldə olunan təkcə vergilər sayəsində ölkənin büdcəsinə 15 milyon dollar gəlir daxil olur. Yaxın zamanda “Alibaba” həmin süni zəka stilistini öz saytlarına inteqrasiya edəcək.
    Paylaş
    Bənzər xəbərlər