12 Android tətbiqində təhlükəli və zərərli virus tapıldı: Joker

12 Android tətbiqində təhlükəli və zərərli virus tapıldı: Joker

Texnologiya
26.02.2020 PAYLAŞIM

        Google, son aylarda Play Store üzərindəki nəzarəti gücləndirib. Tətbiqlərin sayının çox olması səbəbilə bəzən Play Store tətbiq mağazasına zərərli tətbiqlər yüklənə bilir. Lakin Google, mümkün olduğu qədər nəzarət etməyə çalışır. Bu günlərdə isə yenə fərqli 12 Android tətbiqində zərərli proqram tapıldı. Check Point adlı kibertəhlükəsizlik şirkətinin Play Store-da etdiyi araşdırmada 2 zərərli proqrama malik tətbiqlər tapıldı və onlardan biri də Joker virusudur.

Check Point-ə görə Joker zərərli tətbiqi keçən ay da Play Store-a sızdırılmış və 24 tətbiqə inteqrasiya edilmişdi. İndi isə yenə 12 Android tətbiqində Joker aşkarlandı.

        Chech Point şirkətinin rəsmiləri bu zərərli 12 tətbiqin siyahısı yayımladı və əgər yükləmisinizsə təcili şəkildə silməyinizi məsləhət bildilər. Həmçinin kibertəhlükəsizlik şirkəti bu tətbiqləri Google-a bildirdiklərini də qeyd etdilər. Qısa zaman ərzində bu tətbiqlər Play Store-dan silinəcək.

  • Kids coloring

  • Compass

  • qrcode

  • Fruits coloring book

  • Soccer coloring book

  • Fruit jump tower

  • Ball number shooter

  • Inongdan

  • Reyflow Phote

  • Mely Wpaper

  • Landscape Camera Plus

  • Vail SMS Plus



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Windows 10-a yeni funksiya əlavə olunacaq: Yeniliklər (What's New)

Microsoft, Windows 10-da əlavə edilən yeni funksiyaları istifadəçilərə göstərmək üçün Yeniliklər adı..


Android 11-də 'Davamlı Yenilənmələr' məcburi olacaq

Android 11 ilə birliktə Google, smartfon istehsalçılarına Davamlı Yenilənmələr funksiyasını məcburi ..


Samsung-dan yeni orta büdcəli Galaxy A21 smartfonu - QİYMƏTİ

Samsung şirkəti Galaxy A seriyasının daha bir orta büdcəli smartfon modelini təqdim edib.


MIUI 12-ni ilk əldə edəcək Xiaomi və Redmi smartfonlarının siyahısı internetdə o..

Çinin Weibo sosial şəbəkəsində MIUI 12 istifadəçi interfeysini ilk əldə edəcək Xiaomi və Redmi smart..


OnePlus 8 smartfonlarının Avropa bazarındakı qiymətləri ortaya çıxdı

OnePlus 8 Pro modelinin keyfiyyətli render fotoları ortaya çıxandan sonra məşhur insayder Roland Qua..


LG şirkəti gələcək smartfonlarının yeni dizaynını təqdim etdi

LG şirkəti bir neçə ildir ki, öz smartfonlarının dizaynlarını dəyişmir.