
12.000$-lıq hack oluna bilməyən Solarin Smartphon telefonu
Elm & Texnologiya
07.05.2017
Farid
Mobil telefona 12.000$ verərdinizmi? Əgər telefonun təhlükəsizliyi sizin üçün vacibdirsə, onda bu telefon sizin üçündür
Hər gün yeni bir cihaz istehsal olunsa da
onların təhlükəsizliyi haqda əminliklə danışmaq bir qədər çətindir. İstər İOS,
istərsə də Android olmasından asılı olmayaraq bir çox cihazların hackerlər tərəfindən
asanlıqla hack edildiyi hamıya məlumdur. Bu günədək barmaq izi sensoru, təhlükəsizlik
kodu və s. kimi üsullar istifadə olunsa da təhlükəsizlik tam təmin olunmur.
Bütün bu faktları nəzərə alan Sirin Labs firması bunun həlli yolunu tapıb. Bu
yenilik isə Solarin Smartphon-dur. Solarin-in ən vacib və gözəçarpan xüsusiyyəti
isə onun arxa hissəsində olan "switch” düyməsidir. Bu düymə telefonun təhlükəsizliyini
təmin edir və cihazdakı bütün mesajlar həmin rejimə keçdikdə şifrələnir. 256
bit AES (inkişaf etdirilmiş standart) sisteminə sahib olan telefon, tətbiqlərinizdə
təhlükəsizliklə əlaqəli problem çıxdıqda sizə əlaqəli xəbərdarlıq edir. Bundan əlavə
təhlükəsizlik rejimində tətbiqlərin istifadə etdiyi GPS, bluetooth və Wi-fi
kimi xüsusiyyətlər deaktiv olunaraq şifrələnir.
1440x2560 keyfiyyətli 5.5 inç ekran, 4GB
RAM, 128 GB sabit saxlama sahəsi, 23.8 MP arxa, 8MP ön kameraya, 4040mAh batareyaya
və Android 5.1 əməliyyat sisteminə sahib cihazda Snapdragon 810 çipseti
mövcuddur. Təəccüblüdür ki, bu dərəcədə yüksək performanslı telefonda 810
çipseti istifadə olunub. Çünki bu çipset çox tez qızması ilə məlumdur.
Bu qədər təhlükəsizliyi təmin edən və yüksək
standartlı telefon olan Solarin Smartphone-un qiyməti nə az, nə çox 12.000$ təşkil edir. İndidən alanları
təbrik edirik.
Paylaş
Bənzər xəbərlər