Logo
    main-post-cover

    120MP keyfiyyətində şəkil çəkə bilən Gionne E8 təqdim olundu

    Çin mənşəli Gionne firması yeni flaqman modeli E8-i təqdim edib. 2K ekrana və 490 ppi piksel sıxlığına sahib olan cihaz MediaTek-in 8 nüvəli Cortex-A53 prosessorundan istifadə edir. 3GB Ram və 64GB daxili yaddaşa əlavə olaraq 3500 mAh batareya dəyərinə sahib olan bu gözəl cihazın ən yaxşı bacardığı şey isə şəkil çəkməkdir. Üzərindəki kamera tətbiqetməsi ilə 23.7MP lensi ilə çəkilən kadrları birləşdirən və beləliklə 120MP keyfiyyətində şəkil əldə edə bilən Gionne E8 eyni zamanda 4K video çəkilişi də apara bilir. Satışına gələn aydan etibarən başlanılması gözlənilən smartfonun qiyməti 645 dollar olacaq.
    Paylaş
    Bənzər xəbərlər