main-post-cover

    12K 60 FPS video çəkən Blackmagic Ursa Mini Pro təqdim edildi: Qiyməti cib yandırır

    Elm & Texnologiya
    18.07.2020
    Nijat Hamid
            Blackmagic rəqəmsal kameraları ilə sektorda adından söz etdirə bilən şirkətlərdən biridir. Avstraliya mərkəzli şirkət bu səfər istifadəçilərini həyəcanlandıran yeni bir kamera təqdim etdi. 12K 60 FPS videolar çəkə bilən Ursa Mini Pro 12K kamerası bir çox maraqlı xüsusiyyətlərə malikdir. Gəlin bu xüsusiyyətlərə birliktə nəzər salaq.

    Ursa Mini Pro kamerası saniyədə 60 ədəd 80 MP-lik şəkil və 12K 60 FPS Raw formatında video çəkə bilir.

            Kameranın ən spesifik xüsusiyyətlərindən biri dual daxili SD kart dəstəyinə malik olmasıdır. Yəni çəkiliş edərkən faylları eyni anda 2 SD karta yaza bilir və maksimum 900 meqabayt həcmində fayl ötürə bilir. Ursa Mini Pro kamerası həmçinin 8K 110 FPS4K 220 FPS dəstəkləyən slowmotion videolar da çəkə bilir. Kamera həmçinin Da Vinci Resolve Studio adlı proqram vasitəsilə daha yaxşı rəng doğruluğunu istifadəçilər üçün təmin edə bilir.
            Ursa Mini Pro 12K kamerası həmçinin dəyişdirilə bilən lens dəstəyinə də malikdir. Bundan başqa USB Type-C dəstəyi ilə xarici yaddaş qurğularına fayl ötürə bilir, Android/iOS smartfonları ilə naqilsiz şəkildə idarə edilə bilir və 4 düyümlük mini ekrana malikdir. Bu əsl əjdaha deyə biləcəyimiz kameranın satış qiyməti isə 9995 dollardır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər