
13 illik uğurun sonu! Apple rüblük hesabatını açıqladı!
Elm & Texnologiya
08.05.2017
Bəli bu baş verdi! 13 ildirki ildən ilə yenilənən rekord seriyası başa çatdı. Elə bu dəqiqələrdə Apple 2016-cı ilinin 2-ci rübü üçün olan hesabatını açıqlayıb. 13 ildə ilk dəfə Apple-ın gəlirləri aşağı düşüb. Keçən ilin eyni rübü ilə müqayisədə Apple-ın gəliri düz 7.4 milyard dollar azalıb. 2016-cı ilin II rübü Apple-a 50.6 milyard dollar gəlir gətirib. Şirkət isə bu rəqəmin 52 milyard olacağını gözləyirdi.
iPhone-un satışları xeyli azalıb. 16.6% azalan satışlar şirkətə 51.1 milyon iPhone satışı etməyi icazə verib. iPad-ın satışıda azalıb. Keçən ilin bu rübündə 12.6 milyon iPad satan Apple bu il cəmi 10.3 milyon cihaz satıb. Mac-larda da vəziyyət ürək açan deyil. 13%-lik azalma və satılan cəmi 4 milyon kompüter.
Niyə belə oldu? Apple özünün qoyduğu yüksək planı saxlamağı artıq bacarmır. 2 ilə eyni dizaynlı bir telefon məsələsi artıq istifadəçiləri maraqlandırmır. Böyük anons gözləyən istifadəçilərə müəmmalı iPhone SE təqdim edir və kritik səhvlərlə bol olan iOS-larla bizləri bezdirməyə davam edir.
Apple artıq nəyisə dəyişməyin vaxtıdır. Və bunun üçün sənin elədə çox vaxtın yoxdur.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...