main-post-cover

    13 yaşlı məktəbli ağıllı günəş batareyaları yaradıb

    Elm & Texnologiya
    18.12.2018
    Emil Nəcəfov
        Kaliforniyadan olan 13 yaşlı məktəbli Georgia Hutchinson günəşə tərəf avtomatik çevrilən günəş batareyalarının konseptini hazırldığı üçün STEM Broadcom Masters adlı müsabiqənin baş mükafatını əldə edib. Bu barədə ScienceAlert saytı xəbər verib. Günəş batareyaları günəş enerjisinin elektrik enerjisinə çevrilməsi üçün əvvəllərdə avtomatik şəkildə ultrabənövşəyi şüaların mənbələrini axtara bilirdilər. Lakin bu halda onların çalışması üçün bahalı ötürücülərdən istifadə edilirdi.
        Bu isə öz növbəsində günəş panellərinin qiymətlərini qaldırırdı. 13 yaşlı məktəbli tərəfindən yaradılmış sistem sayəsində isə günəş panelləri lazımi işıq mənbəyini Okean və atmosfer tədqiqatları üzrə milli idarəetmə agentliyinin open-source məlumatları əsasında tapır. Bu məlumatlardan istifadə edərək sistemin neyron şəbəkəsi real zaman ərzində günəşin vəziyyətini təyin edir və günəş panelləri üçün ən optimal əyilmə bucağını seçir. Nəticədə Georgia Hutchinson sözügedən müsabiqədə 25.000$ əldə edib.

    Linki kopyala