
14 yaşlı qız "Facebook"u məhkəməyə verdi
Elm & Texnologiya
07.05.2017
Farid
14 yaşlı amerikalı qız onun fotosunu pozmadığına görə "Facebook”u məhkəməyə verib.
İlk baxışdan söhbətin adi fotodan getdiyini düşünmək olar.
Lakin söhbət 14 yaşlı qızın çılpaq fotosundan gedir. Digər bir şəxsin həmin
fotonu intiqam fikri ilə paylaşması və sosial şəbəkənin fotonu pozmaması nəticəsində
qız "Facebook”u məhkəməyə verib. "Technote.az”ın "Lenta.ru”a istinadən verdiyi
xəbərə əsasən məhkəmə şirkətin üzrünü rədd edib. Qızın vəkillərinin sözlərinə
görə foto bir neçə dəfə sosial şəbəkədə paylaşılmışdı. Onlar fotonu pozmağı tələb
etsələrdə sosial şəbəkədən heç bir reaksiya ala bilməmişdilər.
İndi isə "Facebook”u məlumatların qorunma hüquqlarının
pozulmasına görə ittiham edirlər. Fotonu hamıya açıq səviyyədə paylaşan şəxsin
nümayəndələrinin sözlərinə əsasən bu əməlin edilməsində əsas səbəb kimi intiqam
hissi durur. Mütəxəssislərin bildirdiklərinə görə "Facebook” qanunu pozmuş istənilən
fotonu operativ pozmağa qadir imkanlara sahibdir. Qeyd etmək lazımdır ki, uşaq
pornoqrafiyasının yayılmasının qarşısını almaq üçün "Facebook” "Microsoft” tərəfindən
yaradılmış PhotoDNA sistemindən istifadə edir. "Facebook” isə sistemin bu dəfə
nə üçün düzgün şəkildə işləmədiyi haqqında heç bir açıqlama verməyib.
Paylaş
Bənzər xəbərlər