Logo
    main-post-cover

    14000 dollarlıq dünyanın ən təhlükəsiz telefonu

    Edward Snowden'in son zamanlar yayımladığı sızıntılardan sonra mobil cihazlar, iOS və ya Android olsun, çox da güvənli deyil.

    Bəzi güclər istifadəçilərin telefonuna rahatlıqla daxil ola bilir və şəxsi məlumatları daim təhlükə altında olur. Bu nöqtədə istifadəçilərin köməyinə 14000 dollarlıq Solarin adlı telefon çatır. Sirin Labs tərəfindən hazırlanan ağıllı telefon Android əməliyyat sistemi ilə işləyir, amma onun əsas üstünlüyü Zimperium təhlükəsizlik sistemi və çipdən çipə 256-bit AES şifrələmə təchizatının olmasıdır. Hərbi orqanlarda istifadə olunan bu sistem ilə keçilməz sədd olan Solarin, daha çox həssas məlumatlara sahib böyük iş adamlarına xitab edir. Telefon gücünü Snapdragon 810 prosessordan alır və 5.5 düym iPS ekranda Quad HD keyfiyyətə malikdir. Bundan əlavə 23.8MP kamera ilə də daim bütün növ görüntüləmə üçün hazırdır. 

    Telefonu almaq üçün xüsusi pasport məlumatlarının daxil edilməsi lazımdır. Bununla da pis niyyətli insanların bu telefona sahib olmasının qarşısı alınacaq.
    Paylaş
    Bənzər xəbərlər