main-post-cover

    15 düym ekrana sahib yeni MacBook Air təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    05.06.2023
    Farid Pardashunas
        Apple şirkəti WWDC 2023 konfransı çərçivəsində 15 düym ekrana sahib yeni MacBook Air noutbukunu təqdim edib. Bu yeni MacBook Air modeli 14 düym ekrana sahib MacBook Air modelinin bütün özəlliklərini əldə edib. MacBook Air 15 modeli 11.5 mm qalınlığa və 1.5 kq çəkiyə sahibdir. Şirkətin sözlərinə əsasən bu, bazarda 15 düym ekranlı ən nazik noutbukdur.  Beləliklə yeni MacBook Air modeli 15.3 düym ölçülü Retina ekran ilə təchiz olunub. Ekranın parlaqlıq səviyyəsi 500 nit təşkil edir.
        15 düym ekrana sahib yeni MacBook Air noutbuku Apple M2 prosessoru vasitəsilə çalışır və 24 GB-a kimi RAM ilə 2 TB-a kimi daxili yaddaş həcmi ilə təchiz olunub. Apple bildirib ki, noutbuk bir dəfə şarj olunandan sonra 18 saat ərzində çalışır. Əlavə olaraq noutbuk özündə 1080p keyfiyyətini təmin edən veb kameranı, 6 ədəd səsgücləndiricini, MagSafe maqnit şarj naqilini, iki ədəd Thunderbolt girişini və Touch ID texnologiyasını birləşdirir. 15 düym ekranlı MacBook Air gələn həftə satışa çıxacaq və onun qiyməti 1299$-dan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər