
15 düym ekranlı MacBook Air-in hansı prosessora sahib olacağı məlum olub
Elm & Texnologiya
25.04.2023
Emil
Məşhur analitik Ming-Chi Kuo 15 düym ekranlı MacBook Air noutbuku barəsində məlumat verib. Analitikin sözlərinə əsasən 15 düym ekranlı MacBook Air modeli M2 Pro prosessorunu əldə etməyəcək. Yəni sözügedən noutbuk bazara M2 prosessoru ilə satışa çıxacaq. Lakin buna baxmayaraq M2 prosessoruna sahib 15 düym ekranlı MacBook Air-in iki versiyası təqdim olunacaq. Onlardan birinin prosessoru 8 nüvəli, digərinin prosessoru isə 10 nüvəli olacaq. Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan 13 düym ekranlı MacBook Air modeli də bu cür iki versiyada təqdim edilir. 15 düym MacBook Air-in iyun ayında keçiriləcək WWDC 2023 konfransı çərçivəsində təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər