
15 düym ekranlı yenilənmiş MacBook Air alıcılar arasında böyük tələbata sahib deyil
Elm & Texnologiya
26.07.2023
Emil
Keçən ayın əvvəlində baş tutmuş WWDC 2023 konfransı çərçivəsində Apple şirkəti 15 düym ekrana sahib yenilənmiş MacBook Air-i təqdim etmişdi. Bir çoxları onu Apple şirkətinin ən optimal noutbuku hesab edirlər. Lakin görünür, bu MacBook modeli alıcılar arasında elə də böyük tələbata sahib deyil. Verilmiş məlumata əsasən 15 düym ekrana sahib yenilənmiş MacBook Air modeli müştərilərin gözləntilərini qarşılamayıb. Şirkət hətta sözügedən MacBook modelinin istehsalını dayandıra bilər. Belə ki, 15 düym ekranlı MacBook Air modelinin satışı ilə məşğul olanlar yeni modellərin onlara çatdırılmasının dayandırılmasını istəyirlər. Məlumata əsasən istehsalçılar bu MacBook Air modelinin istehsal həcmini də artıq ixtisar ediblər.
Paylaş
Bənzər xəbərlər