
15 yaşlı məktəbli USB portmanatı hack etdi
Elm & Texnologiya
22.03.2018
Emil
İngiltərədən olan Saleem Rashid
adlı 15 yaşlı məktəbli bildirib ki, o, kriptovalyutalar üçün olan məşhur USB
portmanatlarından biri olan Ledger-i hack edib. Rashid-in tapdığı sistem boluğu
sayəsində o, cihazda olan elektron imzaları saxtalaşdıra bilib. Bu barədə
Techcrunch saytı xəbər verib. Ledger iki işlək platanı istifadə edir.
Onlardan
biri texniki səviyyədə qorunur, lakin USB, düymələr və interfeyslə çalışa
bilmir. İkinci plata isə əksinə bunları bacarır, lakin qorunmur. Beləliklə
ikinci platanın proqram kodunda bəzi dəyişikliklər olunsa istifadəçilərin gizli
açarlarını əldə etmək olar. Rashid cihazın hack prosesini video şəklində
hazırlayıb və proqram kodunu GitHub servisində yerləşdirib. Rashid onu da qeyd
edib ki, o, cihazın sistem boşluqları haqqında məlumatları istehsalçıya hələ 4
ay bundan öncə bildirib.
Lakin istehsalçı bu məlumatlara reaksiya verməyib.
Ledger cihazının yaradıcıları isə qeyd ediblər ki, onlar bu 4 ay ərzində
Rashid ilə əlaqəni saxlayıblar və narahatlıq üçün heç bir əsas yoxdur. İlk öncə
portmanatı hack etmək üçün sistem yenilənməsini təkmilləşdirmək lazımdır. Bu,
cihazı eBay və ya digər elektron ticarət saytlarından almışlara şamil olunur.
Əlavə olaraq cihaz yaradıcıları Rashid-in tapdığı sistem boşluqlarını aradan
qaldıran sistem yenilənməsini artıq təqdim ediblər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
