main-post-cover

    18000 mAh batareyalı Energizer Power Max P18K Pop smartfonu heç kimə lazım olmadı

    Elm & Texnologiya
    01.05.2019
    Farid Pardashunas
        Energizer Power Max P18K Pop adlı qeyri-adi smartfon modeli görünür, satışa çıxmayacaq və elə prototip olaraq qalacaq. Bu barədə Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, bu smartfon 18.000 mAh enerji tutumlu batareyaya sahibdir. Bu cür batareyaya görə smartfonun qalınlığı həddindən artıq çoxdur. Bununla yanaşı sözügedən smartfon 6.2 düym ekran, MediaTek Helio P70 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, üçlü arxa kamera və smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə yerləşdirilmiş ikili ön kamera ilə təchiz olunub.

        Görünür, fevral ayının sonunda keçirilmiş MWC 2019 sərgisində təqdimatdan sonra şirkət bu smartfonun istehsalına tələsmədi və ilk öncə smartfon üçün Indiegogo platformasında crowdfunding kampaniyasına start verdi. Energizer brendinin lisenziyasına sahib olan Avenir Telecom şirkəti ilk öncə crowdfunding kampaniyası vasitəsilə 1.2 milyon dollar vəsait yığmağı planlaşdırırdı.

        Bu halda ilk 200 smartfon modeli 550$-a, sonrakı modellər isə 700$-a satılacaqdı. Lakin bu smartfonu əldə etmək istəyən insanların sayı çox az olub. Belə ki, crowdfunding kampaniyasının 41 günü ərzində sözügedən smartfonu yalnız 11 nəfər ön sifariş edib. Nəticədə şirkət yalnız 15005$ vəsait yığa bilib. Bu isə lazım olan vəsaitin 1%-dir. Nəticədə çox güman ki, smartfonun istehsalına start verilməyəcək. Ön sifariş etmiş həmin 11 nəfər şəxs isə öz vəsaitlərini geri əldə edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər