main-post-cover

    18000 mAh enerji tutumlu batareyaya sahib Energizer smartfonu ayın sonu təqdim olunacaq

    Elm & Texnologiya
    18.02.2019
    Farid Pardashunas
        Energizer brendi altında smartfon istehsalı ilə məşğul olan Avenir Telecom şirkəti bu ayın sonunda keçiriləcək MWC 2019 sərgisi çərçivəsində 26 ədəd smartfon modeli təqdim edəcək. Təqdimatın əsas diqqəti isə 18000 mAh enerji tutumlu batareyaya sahib Energizer Power Max P18K Pop smartfonuna ayrılacaq. İndi isə şirkət sözügedən smartfonun hansı özəlliklərə sahib olacağı barəsində məlumatlar verib.
        Beləliklə smartfon 1080x2340 piksel keyfiyyətli 6.2 düym Full HD+ ekran, MediaTek Helio P70 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 12 MP + 5 MP + 2 MP üçlü arxa kamera və 16 MP + 2 MP ikili ön kamera ilə təchiz olunacaq. Maraqlısı ondadır ki, smartfonun ön kamerası gövdəyə inteqrasiya ediləcək və lazımi vaxtda smartfonun yuxarı hissəsindən xaricə çıxacaq.

        Təbii ki, smartfonun 18000 mAh enerji tutumlu batareyasından danışmamaq günah olardı. Bu cür batareya həcminə sahib olacaq Energizer Power Max P18K Pop smartfonu 90 saat ərzində fasiləsiz danışığı, 100 saat fasiləsiz musiqi dinləməni, bir neçə gün ərzində video izləməni və 50 gün ərzində avtonom rejimdə çalışmanı təmin edəcək. Smartfon Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfon MWC 2019 sərgisində təqdim olunsa da, iyun ayında satışa çıxacaq. Smartfonun qiyməti barəsində məlumat hələki yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər