
19 yaşlı bitcoin milyoner Erik Finman yeni kriptovalyuta yaradır
Elm & Texnologiya
25.01.2018
Emil
19 yaşlı bitcoin milyoner Erik Finman yeni kriptovalyuta yaratmaq üçün digər kriptovalyuta nəhənglərini bir araya yığır.
Onun fikrincə bitcoin azad rəqəmsal
valyuta ideyasından bahalı aktiv ideyasına keçib. Bu barədə Business Insider
saytı xəbər verib. Erik ilk dəfə öz bitcoinlərini 13 yaşında olarkən 12$ qiymətinə
alıb. 15 yaşında o, məktəb təhsilini dayandıraraq sahibkar olmaq qərarına gəlib.
Keçən il isə o öz valideynləri ilə bağlamış olduğu maraqlı mərcdə qalib gəlib.
Həmin mərcin şərtlərinə əsasən əgər onun sərvəti 1 milyon dollara çatsaydı o,
kollecə getməyəcəkdi.
Keçən il bitcoinin qiymətinin qalxması hesabına onun sərvəti
artıq 4 milyon dollar təşkil etdi. Erik öz investisiyalarını müxtəlif
kriptovalyutalar arasında paylaşdırdı və həmçinin konservativ təqaüd hesabı da əldə
etdi. Onun indiki məqsədi isə bitcoinin problemlərindən azad olacaq yeni
kriptovalyuta yaratmaqdır. Bunun üçün o, dünyanı gəzərək digər bitcoin
milyonerləri ilə görüşlər keçirir və yeni valyuta üçün konsorsium yaratmaq üzrə
onları bir araya yığır.
Onun fikrincə hal-hazırki klassik kriptovalyutalar
yaxın zamanda yeni kriptovalyutalar ilə əvəz olunacaq. Belə ki, klassik
kriptovalyutalar artıq öz nüfuzlarını itiriblər. İdeyanın məğzi məzənnənin
qeyri stabil dıəyişikliklərindən azad olacağı, komissiyaların yüksək olmayacağı,
tranzaksiyaların sürətlə keçiriləcəyi və mayning prosesinin daha ekoloji
alternativ ilə əvəz olunacağı yeni kriptovalyuta yaratmaqdadır. Lakin Erik bu
problemlərin necə həll olunacağı barəsində planlarını açıqlamır. Bütün bu problemlərin
isə blockchain texnologiyasının məhdudlaşdırılmış sistemindən irəli gəldiyi
düşünülür.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
