
1984-cü ildə E-Mail Göndərmək üçün edilənlər (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Hazırda bir e-mail göndərmək sadəcə saniyələr qədər vaxt çəkir. Bəs sizcə, 1984-cü ildə vəziyyət necə idi? Aşağıda paylaşdığımız video, 1984-cü ildə e-mail göndərməyin çətinliyini gözlər önünə sərir.
Rəqəmsal dövrü yaşadığımız günümüzdə, e-mail göndərmək həddindən artıq sadə bir prosesdir. Smartfonumuzdan, noutbukumuzdan hətta ağıllı saatlarımızdan belə saniyələr içərisində e-mail göndərə bilirik.
Bəs bu vəziyyət bundan 32 il əvvəl, yəni 1984-cü ildə necə idi?
Dəqiqələrlə davam edən prosedurlar Videonun bəlkə də ən diqqət çəkən tərəfi, təqdimatı edən şəxsin "bu həqiqətən çox sadədir" deməsidir. Halbuki bu cümlədən sonra adamın dəqiqələrlə fərqli prosedurlardan keçdiyinə şahid oluruq.
Videoda istifadə edilən kompüter, kompüterdən çox bir televizora oxşayan dizaynı ilə diqqət cəlb edir. İlk olaraq telefon xətti ilə internetə qoşulan kompüter, kifayət qədər aşağı keyfiyyətli ekranı ilə qarşımıza çıxır.
MicroNet 800 əməliyyat sistemində xəbərlər, BBC verlişləri, proqram geri bildirişləri kimi menyularda yer alır. Videonun sonuna doğru isə qoşulmanın edildiyi studioya e-mail göndərilir.
İstərsəniz sözü daha çox uzatmayaq və videonu sizə təqdim edək.
Paylaş
Bənzər xəbərlər