main-post-cover

    2 məşhur smartfon istehsalçısı koronavirus səbəbilə MWC 2020 sərgisində iştirakdan imtina edib

    Elm & Texnologiya
    05.02.2020
    Farid Pardashunas
        Koronavirusun yayılması təkcə Çində deyil həm də onun xaricindəki biznes aktivliyi zəiflədir. Sözügedən virusun yayılması öz növbəsində bu ayın sonunda Barselonada keçiriləcək MWC 2020 sərgisinə məfi təsir göstərə bilər. Artıq 2 məşhur smartfon istehsalçısı bu sərgidə iştirak etməkdən imtina edib. Bu barədə Androidpolice saytı xəbər verib. Qeyd etmək lazımdır ki, MWC 2020-yə 24 fevral tarixində start veriləcək.
        Lakin LG ZTE şirkətləri həmin sərgidə öz yeni məhsullarını sərgiləməkdən imtina ediblər. Gözləntilərə əsasən ZTE şirkəti MWC 2020-də öz yeni flaqman smartfon modeli olacaq Axon 10s Pro-nu təqdim edəcəkdi. Bundan əlavə olaraq şirkət özünün 5G şəbəkə infrastrukturunu da sərgiləyəcəkdi. LG şirkətinin təmsilçiləri isə bildiriblər ki, onlar öz əməkdaşlarının səhhətlərindən narahat olduqları üçün MWC 2020-də iştirakdan imtina edirlər.
        Qeyd etmək lazımdır ki, sözügedən sərginin təşkilatçılarından biri olan GSM Association şirkəti qeyd edib ki, sərgi iştirakçılarının təhlükəsizliklərinin təmin olunması üçün əlavə tədbirlər görüləcək. Belə ki, sərgi çərçivəsində həkimlərin sayları artırılacaq, əl sıxma siyasəti aradan qaldırılacaq və sərgidə çıxış edəcək şəxslərin istifadə edəcəkləri mikrofonların digərlərinə ötürülməsi protokolları dəyişdiriləcək. Bundan əlavə olaraq sərgi iştirakçıları karantinə alınma hallarına hazır olmalıdırlar. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər