main-post-cover

    200 km yol qətt edən elektromotosiklet təqdim olunub

    Elm & Texnologiya
    12.02.2018
    Farid Pardashunas
    Startapın verdiyi məlumata əsasən Emflux One adlı elektromotosiklet 3 saniyə ərzində saatda 100 km sürət yığır və bir dəfə şarj olunandan sonra 200 km yol qətt edə bilir.
        Bundan əlavə olaraq elektromotosikletin batareyası sürətli şarj yığma özəlliyinə saihbdir və onun qiyməti 10.000$-dan çox deyil. Hindistanın Emflux adlı startapı 25 nəfərdən ibarətdir və son 18 ay ərzində bu startap sürətli, etibarlı və baha olmayan elektromotosiklet hazırlamaqla məşğuldur. Şirkətin verdiyi məlumata əsasən günümüzdə bazarda elektromotosiklet növləri onları heç də qane etmirdi. Buna görə də startap yeni elektromotosikleti tamamilə sıfırdan yığmaq qərarına gəldi.

        Sözügedən elektromotosikletin təməlində 80 at gücünə sahib birsürətli elektromühərrik var. O öz enerjisini isə 9.7 kilovat saat litium-ion batareyasından əldə edir. Bu, elektromotosikletin saatda 200 km sürət yığmasına kifayət edir. Saatda 100 km sürəti o, 3 saniyəyə yığır. Bu cür göstərici ilə onu tamamilə idman aparatı adlandırmaq olar. Sürətli enerji sığma funksiyası sayəsində elektromotosikletin batareyası 80% enerjini 36 dəqiqə ərzində yığır.

        Lakin bu elektromotosikleti digər rəqiblərindən fərqləndirən onun qiymətidir. Belə ki, startap söz verib ki, onun qiyməti 10.000$-dan çox olmayacaq. Bu isə “Honda” və “Yamaha” şirkətlərinin ənənəvi benzin motosikletlərindən ucuzdur. Lakin bütün bunlara baxmayaraq elektromotosiklet barəsində yekun qərar vermək hələki tezdir. Belə ki, bütün bu özəlliklər hələ söz üzərindədir. Startapın elektromotosiklet barəsində testləri hələ olmayıb. Buna baxmayaraq onun özəllikləri həqiqətən də diqqətləri cəlb edir. Bütün bunlardan əlavə olaraq Emflux One məşhur şəbəkə standartlarını, naviqasiya sistemini dəstəkləyir və internetə çıxış imkanını da verir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər