main-post-cover

    2007-ci ildən bu günə kimi 'Apple', iPhone sataraq ümumilikdə nə qədər vəsait qazanıb?

    Elm & Texnologiya
    11.09.2017
    Farid Pardashunas

    “Apple”ın gəlirinin ən böyük hissəsini iPhone smartfonlarının satışı tutur.

    Apple” şirkətinin, 2007-ci ildən 2017-ci ilin ikinci rübünə kimi ümumi iPhone satışlarından əldə etdiyi gəlir 760 milyard dollar təşkil edir. Bunu, “Strategy Analytics” tədqiqat şirkətinin məlumatları sübut edib. Tədqiqatdakı məlumata əsasən 2007-ci ildən bu yana şirkət, bütün dünya üzrə 1.2 milyard iPhone satışını gerçəkləşdirib. “Strategy Analytics” mütəxəssisləri güman edirlər ki, 2018-ci ilin sonuna kimi iPhone, satışları 1 trilyona yüksələcək, dünyanın ilk smartfonu olacaq. Keçən ay “Apple”, 3-cü rübün göstəricilərinə əsasən satışların 7% yüksəldiyini qeyd etmişdi. Həmin müddət ərzində şirkət gəlirinin 2/3 hissəsini iPhone satışları tutmuşdu. Bu ilin 3-cü rübü üzrə şirkət, ümumilikdə dəyəri 24.85 milyard dollar olan 41 milyon iPhone smartfonu satmışdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər