main-post-cover

    2013-cü ildə bitcoinin 1000$-a qalxmasına 2 botun səbəb olduğu aşkar edildi

    Elm & Texnologiya
    17.01.2018
    Farid Pardashunas
    İsrail və ABŞ alimləri Journal of Monetary Economics jurnalında dərc etdikləri “Price Manipulation in the Bitcoin Ecosystem” adlı tədqiqatlarında bir neçə bazar iştirakçısının valyuta qiymətinə təsir nümunəsini gətiriblər.
    Alimlər aşkar ediblər ki, 2013-cü ildə bitcoinin 150$-dan 1000$-a qalxmasına Markus Willy adlı iki bot səbəb olub. Bu barədə Techcrunch saytı xəbər verib.
    “Məlumatların irimiqyaslı yoxlanışı ilə birlikdə dəqiq analizə əsaslanaraq tədqiqatlar onu göstərir ki, şübhəli ticarət aktivliyi çox güman ki, 2013-ci ilin sonunda bitcoinin qiymətinin qalxmasına gətirib çıxardı. Həmin vaxtda bitcoinin qiyməti 2 ay ərzində 150$-dan 1000$-a qalxmışdı” – deyə alimlər bildiriblər.
    Tədqiqatçılar 2013-cü ilin sonunda Mt.Gox birjasındakı şübhəli ticarət aktivliyini analiz ediblər. Həmin vaxtda dələduzluq üzrə qurulmuş müqavilələr 180 milyon dollar dəyərində qiymətləndirilmiş 600.000 bitcoini əhatə etmişdir. İlk olaraq qiymət manipulyasiyaları 2 bot üzərindən baş verirdi. Söhbət, Markus və Willy adlı botlardan gedir. Onların real müqavilələr apardıqları görüntüsü var idi. Lakin botlar əslində ticarət etdikləri bitcoinlərə sahib deyildilər. Buna baxmayaraq onların aktivlikləri birjada ticarətin həcmini yüksəltmişdi. Bu isə öz növbəsində Mt.Gox-a sərf edirdi.
    Belə ki, o, tranzaksiyalar üzrə komissiyalardan pul qazanırdı. Tədqiqatçılar qeyd ediblər ki, ümumi həcmdə olan şübhəli müqavilələr nəzərə alınmasa da, Markus və Willy treyderlərin birjalardakı aktivliklərinə təsir edirdilər. Botların ticarət etdikləri günlərdə bitcoinin qiyməti ortalama 4% qalxırdı. Şübhəli müqavilələrin olmadığı günlərdə isə qiymət bir qədər aşağı düşürdü. Bundan əlavə olaraq alimlər həmçinin Willy-nin Mt. Gox-un təsisçisi Mark Karpeles ilə əlaqəli ola biləcəyini də qeyd ediblər. Belə ki, manipulyasiyalar sayəsində Mark 2011-ci ildə oğurlanmış 650.000 bitcoindən olan itkiləri gizlədə bilərdi. Buna baxmayaraq birja 2014-cü ildə bağlandı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər