
2016-cı ilin ən uğursuz cihazları
Elm & Texnologiya
07.05.2017
Farid
Engaged saytı bu ilin ən uğursuz cihazlarının siyahısını təqdim edib.
Həmin siyahıya smartfonlar, noutbooklar,
saatlar və hətta qulaqlıqlar üçün keçid naqilləri daxil edilmişdir. İlin ən
əsas ümid doğrultmayan cihazlarından biri Galaxy Note 7 smartfonu olub. Belə
ki, bu smartfonun partlaması nəticəsində olmuş şikayətlər onu siyahının ilk
pillələrinə çatdırıb. Note 7-dən başqa sözügedən siyahıda ən uğursuz
smartfonlar arasına həmçinin Sony Xperia X Performance daxil edilib. Qeyd
olunur ki, bu model Xperia X seriyasının əvvəlki modellərindən fərqli olaraq
daha aşağı texniki göstəricilərə sahib olub. Bununla belə onun qiyməti 700$ təşkil
edir.
"Ağıllı” saatlar arasına 1500$ qiymətə
satılan və Android Wear əməliyyat sistemi vasitəsilə çalışan Tag Heuer
Connected "ağıllı” saatı daxil olub. Noutbooklar seriyasından siyahıya sensorlu
klaviaturaya sahib Lenovo Yoga Book əlavə olunub. Əsas səbəb isə noutbookun
klaviaturasının rahat olmamasıdır. Vinci adlı "ağıllı” qulaqlıqlar öz cəlbedici
olmayan xarici görünüşlərinə və sensorlu ekrana sahib olduqları səbəbdən bu
siyahıya qatılıblar. Bütün bunlardan əlavə olaraq 2016-cı ilin ən uğursuz
cihazlar siyahısına həmçinin satışa çıxmasından 16 gün sonra istehsalı
dayandırılmış GoPro Karma dronu və iPhone 7 üçün olan qulaqlıq keçid naqili
daxil olmuşdur.
Paylaş
Bənzər xəbərlər