
Yeni iPhone alarkən Refurbished olub olmadığını necə bilək?
Elm & Texnologiya
07.05.2017
Farid
Refurbished telefonlar Apple tərəfindən ikinci əl satışa çıxan telefonlardır. Onlar hər hansı problemə görə rəsmi servisə qaytarılmış və müxtəlif vəziyyətə gətirilərək alıcıya yenidən təqdim olunur. Bir çox alıcıların bu haqda heç bir məlumatından yararlanan satıcılar dəyərindən xeyli ucuz qiymətə aldığı bu cür telefonları təzə adı ilə təqdim edirlər. Bu gün sizlərə özünüzü bu haldan qorumaq üsulunu öyrədəcəyik.
1. Qutunun üstündəki "Apple Certified" möhürünü axtarın. Bu möhür telefonun refurbished olduğunun bir başa sübutudur.
2. Qutuları yoxlayın - refurbished telefonlar tamamilə ağ qutularda satılır.
3. Seriya nömrəsini yoxlayın - Ayarlar bölməsindən yaxud SIM kart qabının üstündən telefonunseriya nömrəsini öyrənib bu linkdə onu yoxlayın.

Paylaş
Bənzər xəbərlər