Logo
    main-post-cover

    Bu da oldu! iPhone 7-nin ilk videosu ortaya çıxdı

     

    Apple-ın maraqla gözlənilən yeni smartfonu iPhone 7-nin yer aldığı ilk video yayımlanıb.

    İndiyə qədər bir çox Çin mənbələrindən sızan fotolarda iPhone 7-nin dizaynı ilə bağlı detallar ortaya çıxmışdı. Doğrudur, bu fotolardan bəziləri saxta olsa da, ard-arda başqa mənbələrdən sızan fotolar iPhone-da olan detalları ortaya çıxarır. Bu dəfə isə iPhone 7-nin yer aldığı bir video internet-ə sızdı. Yayımlanan videonun mənbəsi Çin sosial şəbəkəsi olan Wiebo olsa da, bu video görüntü ilk olaraq "techtastic.nl" saytında yayımlanıb. Hollandiya saytı olan bu internet portal son 2 gündür ki, iPhone 7 ilə bağlı sızıntıları yayımlayır. Videoya nəzər saldıqda isə 6 saniyəlik bu rolikdə iPhone 7-nin antena cizgilərinin kənara daşındığı, yeni arxa qapağının dizaynı və alt hissədə qulaqlıq girişinin olmadığı görünür. Bundan əlavə arxa kamera lensinin böyüdüyü açıq aydın görünür. Təqdimatına 2 aydan az bir müddət qalan iPhone 7 demək olar ki, artıq bütün detalları ilə məlum olub. Amma fikir bildirmək üçün hələ tezdir. Apple, mütləq təqdimatda sürprizlər edəcək.


    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Bu da oldu! iPhone 7-nin ilk videosu ortaya çıxdı | Technote