2017-ci ilin ən yaxşı 15 smartfonu

27.11.2017 0 PAYLAŞIM 1291 OXUNMA

Məşhur TechRadar saytının mütəxəssisləri 2017-ci ilin 15 ən yaxşı smartfon reytinqini tərtib ediblər.

Siyahıda olan bir sıra smartfon modellərinin tutduqları yerlər təəccüb yaratmasa da, onlardan bəziləri sözün əsl mənasında təəccübləndiriblər. Birinci iki yeri gözlənildiyi kimi Galaxy S8S8 Plus modelləri tutub. Bu modellər öz dizayn, texniki göstəriciləri, işləmə sürəti və kamera keyfiyyətləri sayəsində siyahıdakı ilk yerləri tutublar.



3-cü yeri Google Pixel 2 smartfonu tutub. Onu hal hazırda bazarda olan smartfon kameraları arasında ən yaxşı kameraya sahib olması və yaxşı ekran ilə qeyd ediblər. iPhone X isə 4-cü yerdə qərarlaşıb. “Apple”ın yeni flaqman modelinin ekranını, yüksək keyfiyyətli texniki göstəricilərini tərifləyiblər, lakin onun yüksək qiymət göstəricisi neqativ rəylərə səbəb olub. Galaxy Note 8 6-cı yeri, iPhone 8 Plus isə 9-cu yeri tutublar. Bütün siyahı ilə aşağıdan tanış ola bilərsiniz.

- Samsung Galaxy S8

- Samsung Galaxy S8 Plus

- Google Pixel 2

- iPhone X

- Huawei Mate 10 Pro

- Samsung Galaxy Note 8

- LG V30

- LG G6

- iPhone 8 Plus

- OnePlus 5T

- Google Pixel 2 XL

- Sony Xperia XZ Premium

- HTC U11

- iPhone 8

- Honor 9.



<